Məhkəmə qərarları › İş №3(003)-1173/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1173/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1173/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon Polis idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 04 avqust 2022-ci il tarixli protokola əsasən Şəxs MMC «İnfinti Q50» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X5 bildirdi ki, Şəxs MMC-nə məxsus «İnfinti Q50» minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydaları pozulduğu üçün hüquqi şəxsə bildiriş göndərilərək nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatların 5 gün müddətində verilməsi xahiş olunmuş və bildiriş şirkət tərəfindən alınmışdır. Lakin Şəxs MMC həmin nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında məlumatı sorğu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 bildirdi ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2mə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta hadisəsi Bakı şəhəri Pirallahı rayonu ərazisində törədildiyindən işin materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3an Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında material aidiyyati üzrə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar