Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1174/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ/17980949 nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək EQ/17980949 nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və və inzibati xta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixində saat 12:20 radələrində etibarnamə ilə idarə etdiyi “Peugeot-406” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Buzovna qəsəbəsi, Ruhulla Axunov küçəsi döngə 1 yolunda hərəkətdə olan zaman foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsinin köməyi ilə barəsində inzibati xəta aşkar edilmiş və 100 manat məbləğində cərimə yazılmışdır. EQ/17629397 nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmişdir. Nəticədə 100 manat cərimə pulu və 60 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 160 manat məbləğində pul ödəməli olması ilə bağlı inzibati tənbeh qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddənin dizpozisyasında nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək istəyir ki, onun təxminən 10 ildən artıqdır ki, sürücülük vəsiqəsi vardır. Hətta köhnə sürücülük vəsiqəsinin müddəti xx.xx.2024-cü il tarixində bitəcəyi üçün xx.xx.2024-cü il tarixində yeni sürücülük vəsiqəsi almışdır. Göründüyü kimi, heç bir əsas olmadan ona cərimə yazılmışdır. X8 əməkdaşından sürücülük vəsiqəsi olduğu halda, nə səbəbə İXM-nin 332.2-ci maddəsinə əsasən barəsində cərimə tətbiq olunduğunu soruşduqda, həmin istiqamətdə olan “radar”-da sürücülük vəsiqəsinin qeydiyyatda olmadığı, bu səbəbdən də cərimə yazıldığı kimi absurd bir cavab vermişdir. Belə olduğu təqdirdə aydındır ki, onun heç bir təqsiri yoxdur. Lakin o, heç bir təqsiri olmadığı halda, bu məsələyə görə dəfələrlə problem yaşamışdır. Bir il ərzində eyni hal artıq üçüncü dəfədir ki təkrarlanmışdır. Belə ki, xx.xx.2023-cü il tarixində saat 11:35 radələrində Pirşağı-Novxanı yolunda hərəkətdə olan zaman 112 nömrəli tam orta məktəbin qarşısında quraşdırılmış foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə barəsində inzibati xəta aşkar edilmiş və 300 manat məbləğində cərimə yazılmışdır. EQ/17980949 nömrəli protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manat məbləğində cərimə pulu və 180 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 480 manat məbləğində pul ödəməli olması ilə bağlı inzibati tənbeh qərarı qəbul edilmişdir. Həmçinin sözügedən ünvanda xx.xx.2023-cü il tarixində saat 15:28 radələrində yenidən quraşdırılmış foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə barəsində inzibati xəta aşkar edilmiş və ona 300 manat məbləğində cərimə yazılmış, EQ/17988035 nömrəli protokola əsasən eyni maddə ilə 300 manat məbləğində cərimə pulu və 180 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 480 manat məbləğində pul ödəməli olması ilə bağlı inzibati tənbeh qərarı qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, barəsində inzibati tənbehə baxılarkən heç bir araşdırma aparılmadan qərar qəbul edilmişdir. Odur ki, həmin EQ/17629397 nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh qərarının ləğv edilməsi zərurəti yaranmışdır. Həmçinin qeyd etmək istəyir ki, barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərarlardan heç bir məlumatı olmamışdır. X7 Polis əməkdaşları tərəfindən saxlanıldıqda və avtomaşının üzərində həbs olduğunu öyrəndikdə belə bir qərarın qəbul edildiyindən məlumatı olmuşdur. Belə ki, onun şəxsi kabineti yoxdur. Həmin kabinet əvvəllər istifadə etdiyi (+99455-61 1-35-18 olan) nömrəsində şəxsi kabineti olmuş və giriş üçün istifadə etdiyi şifrəni unutduğumüçün artıq 5 ildən çoxdur ki, şəxsi kabinetinə daxil ola bilmir. Dəfələrlə “ASAN xidmət” mərkəzinə zəng edərək şəxsi kabinetinin bərpa edilməsi və hazırda istifadə etdiyi mobil nömrəsinə (+99***-***- **-**) yönləndirilməsini xahiş etsə də, bunun mümkün olmadığını bildirmişlər. Bu səbəbdən də bütün bildirişlər 5 ildən çoxdur ki, istifadə etmədiyi nömrəsinə yönləndirilmişdir. Artıq həmin nömrə tanımadığı bir şəxsin istifadəsindədir. Odur ki, protokolların ona təqdim edilməsi üçün Xəzər Rayon X8 İdarəsinə dərhal müraciət etmişdir. Protokol ona xx.xx.2024-cü il tarixində rəsmi olaraq təqdim edilmişdir. Məhkəmə iclaslarında X4 şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, “Peugeot 406” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş etibarnamə əsasında onun istifadəsindədir. Onun xx.xx.2014-cü il tarixdən sürücülük vəsiqəsi var. Hətta sürücülük vəsiqəsinin müddətinib bitməsinə az qalmış xx.xx.2024-cü il tarixdə yenisi almışdır. Buna baxmayaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə nəzərdə tutulmuş xətanı törədilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib və iş materiallarını nəzərdən keçirdikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixli, EQ/17980949 nömrəli protokol əsasında X4, xx.xx.2023-cü il tarixində, saat 11:35-də Pirşağı- Novxanı yolu, 112 nömrəli tam orta məktəbinin qarşısında, Pirşağı istiqamətində “Peugeot 406” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə, İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindn inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -AD 109142 nömrəli nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 “B” kateqoriya üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sürücülük vəsiqəsi mövcud olmuşdur. -BB345674 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X1 “B1, B” kateqoriyaları üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək sürücülük vəsiqəsi mövcuddur. İş materiallarına əlavə edilmiş etibarnamənin surətindən görünür ki, X3 Peugeot 406” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, nağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetrilməsilə əlaqədar ərizə vermək və digər hərəkətlər etmək səlahiyyətləri X2 tərəfindən etibar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. İşin araşdırılmış hallarından görünür ki, X4, xx.xx.2023-cü il tarixində, saat 11:35-də Pirşağı-Novxanı yolu, 112 nömrəli tam orta məktəbinin qarşısında, Pirşağı istiqamətində “Peugeot 406” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə, İXMnin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. X1 şikayəti ondan ibarətdir ki, inzibati xətanın müəyyən edildiyi tarixdə onun sürücülük vəsiqəsi olmuşdur. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X3 istinad edilən xətanın əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Lakin şikayətdən və X1 məhkəməyə təqdim etdiyi sürücülük vəsiqələrinin surətlərindən görünür ki, inzibati xətanın qeyd olunduğu tarixdə, yəni xx.xx.2023-cü il tarixdə onun sürücülük vəsiqəsi mövcud olmuşdur. Lakin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar həm yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşması, həm də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsində inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi barədə inzibati xətaların törədilməsində X4 təqsirli bilinmişdir. Şikayət və məhkəməyə təqdim edilmiş sənədlərdən isə X4 tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaması və xx.xx.2023-cü il tarixdə onun sürücülük hüququnun məhdudlaşdırılmaması barədə hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən EQ/17980949 nömrəli protokol əsasında X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən EQ/17980949 nömrəli protokol əsasında X4 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və hazırki qərar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-1174/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1174/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver