Məhkəmə qərarları › İş №3(003)-1175/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1175/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1175/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Bakı şəhəri Xəzər rayon Polis idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 20 iyul 2022-ci il tarixli protokola əsasən Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsə məxsus «Toyota Corolla» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Bununla da, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət Yol polis şöbəsinin polis mayoru X4 bildirdi ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsə məxsus «Toyota Corolla» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti qaydaları pozulduğu üçün hüquqi şəxsə bildiriş göndərilərək nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatların 5 gün müddətində verilməsi xahiş olunmuş və bildiriş şirkət tərəfindən alınmışdır. Lakin Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsi «Toyota Corolla» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş şəxs haqqında məlumatı sorğu daxil olduğu gündən 5 gün müddətində yox, 20 iyul 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsin nümayəndəsi X2 bildirdi ki, hava limanı faktiki olaraq Azadlıq prospekti, 11 ünvanında yerləşir. Onlar bütün avtomobillər, həmçinin «Toyota Corolla» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxslərlə bağlı Xəzər rayon Dövlət yol Polis şöbəsinə məktub göndərərək məlumat vermişlər. Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsin nümayəndəsi X2 bütün avtomobillərlə bağlı, həmçinin «Toyota Corolla» minik markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxslərlə bağlı Xəzər rayon DYPŞ-nə məlumat verdiyini bildirsə də, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələbinə əsasən inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməlidir. Lakin məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsi inzibati xətanın törədilməsi zamanı «Toyota Corolla» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu gündən 5 gün müddətində verməmişdir. Bu barədə məlumatı 20 iyul 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra, yəni 25 iyul 2022-ci il tarixdə vermişdir. Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsin mülkiyyətində olan «Toyota Corolla» minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 iyul 2022-ci il tarixdə, saat 11:43-də Bakı, Azadlıq prospekti, 43 ünvanında dayanma qaydalarını pozmuşdur. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törənmişdir. Ona görə də, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsə xəbərdarlıq ünvanlanaraq xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatların 5 gün müddətində verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəhttps://eqanun.az/framework/46960 vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxsə izah edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində «Mülki Aviasiyada Uçuşların təhlükəsizliyi üzrə dövlət müfəttişliyi» publik hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar