Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-118/2021 11.01.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Bayramova Aynur Qabil qızının katibliyi, protokolu tərtib etmiş Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-2280/2018 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X1 19200 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-2280/2018 nömrəli icra sənədi Şəxs tərəfindən icra edilmədiyinə görə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, icra sənədi şöbəyə daxil olduqdan sonra icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şəxs könüllü icra üçün müddət təyin edilmişdir. İcra sənədinin Şəxs tərəfindən icra olunmamasının nəticəsi olaraq barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin borclunun əmlak vəziyyəti yoxlanılmış və borclunun “xxxx” MMC-də anbardar vəzifəsində çalışdığı və 400 manat əmək haqqı aldığı aşkar edilmişdir. Lakin tələbkar borcun əmək haqqına ödənilməsinə razı olmadığı və borcun tam olaraq ödənilməsijni təlb etmişdir. Məhkəmə iclasında tələbkar X6 bildirdi ki, 2003-cü ildə evi kirayə vermişdir. 2014-cü ildə borclunun atası borcu tam olaraq qəbul etmişdir. Lakin sonra borclu bu məsələyə qarışaraq borcu ödəməkdən imtina etmişdir. İcra sənədinin tam olaraq icra edilməsi əks təqdirdə borclu barəsində inzibati tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, pandemiya dövrü ilə əlaqədar iş yerləri bağlı olduğundan uzun müddət işsiz qalmış və qeyd edilən borc yaranmışdır. Hazırda tələbkarın istədiyi kimi borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur, lakin hazırda işlədiyindən yaranmış borcu artıq ödəməyə başladığını bildirdi. Odur ki, borcun qalan hissəsini ödəyəcəyini bildirərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)-2280/2018 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X1 19200 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş Şəxs xx.xx.2018-ci il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli xəbərdarlığından görünür ki, Şəxs borcun ödənilməısi ilə bağlı rəsmi xəbərdalıq edilmişdir. İş materiallarında olan Şəxs alınmış xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, sonuncu borc barədə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi tərəfindən xəbərdar edilmişdir. İş materiallarında olan Şəxs məxsus şəxsin elektron kartoçkasında görünür ki, X7 “xxxx” MMC-də anbardar vəzifəsində çalışır və 400 manat əmək haqqı alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır (maddə 528.1). İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (maddə 53.0.2). İnzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir (maddə 75). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (maddə 76.1). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 84.2). Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir” (maddə 105.1). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Lakin işin hallarından göründüyü kimi, borclu “xxxx” MMC-də anbardar vəzifəsində çalışır və 400 manat əmək haqqı alır. Qeyd edilən icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borcun tutulması borclunun əmək haqqına yönəldilməlidir. Həmin icra tədbirinin həyata keçirilməsi isə aidiyyəti üzrə icra qurumu tərəfindən həyata keçirilməlidir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a ra a l d ı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında başlanmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-118/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-118/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver