Məhkəmə qərarları › İş №3(003)-1181/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1181/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1181/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Baş Polis İdarəsi X1 İdarəsindən Şəxs Azərbaycan Respublikası İXMnin 342.9-cu maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək, ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər DYPŞ-nin İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:35-də Xəzər rayonu, Ə.İsazadə küçəsində “Toyota Prius” minik markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddələrinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -nəqliyyat vasitəsinə baxış haqqında 23192309 nömrəli protokoldan görünür ki, “Toyota Prius” minik markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobiliin qabaq dövlət nömrə nişanının üzərinə örtüklə bağlanmasının əks olunmuş videogörüntüyə Şəxs iştirakı ilə baxış keçirilmişdir. -Şəxs Bakı şəhər BPİ DYPİ-nə ünvanlanmış izahatından görünür ki, o, həmin izahatında “Toyota Prius” minik markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyini, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Əli İsazadə küçəsində həmin avtomobili saxladığını, cərimə olunmasından yayınması məqsədilə avtomobilin qabaq dövlət nişanının üzərini örtüklə bağladığını bildirmişdir. Protokola əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş CD diskdə olan foto və videogörüntülərdən görünür ki, “Toyota Prius” minik markalı avtomobil dayanmış vəziyyətdə olarkən qabaq dövlət qeydiyyat nişanı örtüklə (əski parçası) ilə örtülmüşdür. Avtomobil hərəkətə başladıqdan sonra isə kənarda dayanmış bir nəfər şəxs tərəfindən örtük götürülərək həmin “Toyota Prius” minik markalı avtomobilin içərisinə atılır və avtomobilin dövlət qeydiyyat nişanı ** OJ *** olduğu görsənir. Tərtib edilmiş protokoldan və protokola əlavə edilmiş materiallarından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Ə.İsazadə küçəsində Şəxs istifadəsində olan “Toyota Prius” minik markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq dövlət nömrə nişanının görünüşünü çətinləşdirmək məqsədilə örtüklə örtmüşdür. Odur ki, məhkəmə hesab edir ki, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq və inzibati xətanın törədilməsində istifadə olunan örtüyün ondan tələb olunaraq saxlanma yerində saxlanılması barədə hər hansı bir məlumatın olmamasını, həmin örtüyün hazırdada Şəxs mövcud olması, yəni əhəmiyyət kəsb edən əşya olmaqla özündə saxlaması müəyyən edilmədiyindən və bununla da həmin örtüyün müsadirə edilməsinə zərurətin olmaması qənaətinə gəlməklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar