Məhkəmə qərarları › İş №3(003)-1187/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1187/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1187/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X9 İdarəsindən daxil olan 3-13-15/2-1141/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Nəqliyyatda Baş Polis İdarəsin İstintaq və Təhqiqat şöbəsində HK-1/28 nömrəli material üzrə cinayət isinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarda xx.xx.1999-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs və ünvan 2 ünvanında qeydiyyatda olan X4 tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İXM-in 479-cu maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati qaydada tədbir görülməsinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmişdir. Həmin materiala və daxil olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adma X3 ərazisindəki Bakı Karqo Terminalında "xxxx" MMC-nin işçisi Şəxs terminalın anbarında xidmət apardığı zaman, orada Türkiyə Respublikasından gələn yüklərin olduğu paletlərdən birindən bağlamanın birinin şəffaf rəngli lentini sökərək içərisindəki sarı rəngli qutunu çıxardığı və bozumtul rəngli çiyin sumkasına qoyarag həmin ərazini tərk etdiyi müəyyən olmuşdur. Daha sonra onun hərəkətləri izlənərək həmin çanta ilə birlikdə karqo terminalının inzibati binasının 9-cu qapısından şübhəli hərəkətlərlə çıxdığı müşahidə olunmuşdur. Bu zaman həmin şəxsə yaxınlaşılarag ona çiyin çantasına baxış keçirilməli olduğu bildirilmişdir. Daha sonra çiyin çantasına hal-sahidlərinin də iştirakı ilə baxış keçirilmiş və çantanın içərisində sarı rəngli düzbucaglı paralelopiped formasında karton qutunun olduğu müəyyən edilmişdir. Həmin qutu olduğu yerdən çıxarılaraq onun qapağı açılaraq içərisinə baxıldığı zaman orada hər birində 5 ədəd olmağla 46 ədəd şəffaf listdə 230 ədəd üzərində “Transamine 50mg/ml’’ yazısı olan şüşə flakonlar və hər birində 10 ədəd olmaqla 18 ədəd konvalutda üzərində “Femara 2,5 mg letrozol” yazısı olan 180 ədəd sarımtıl rəngli həblərin olduğu müəyyən edilmişdir. Eləcə də, eynilə başqa bir qutunun da karqo terminalının inzibati binasından həmin firmanın digər qeyri-rəsmi işçisi X4 tərəfindən çıxarılaraq "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X5 məxsus olan **-ZO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C250’’ markalı minik avtomobilinə qoyulduğu məlum olmuşdur. Bununla əlaqədar olaraq həmin nəqliyyat vasitəsinə də hal sahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı minik avtomobilinin salonunun sol arxa sərnişin oturacağının ayaq qoyulması üçün nəzərdə tutulan hissəsində bir ədəd sarı rəngli düzbucaqlı paralelopiped formasında karton qutu və bir ədəd üzərində “Starex” yazısı həkk olunmuş açıq mavi rəngli sellofan torbanın olduğu müəyyən edilmişdir. Daha sonra baxış davam etdirilmiş və hər iki əşya olduğu yerdən götürülərək içərisinə baxış keçirilmişdir. Karton qutunun içərisindən hər hansı predmet aşkar edilməmiş, digər sellofan torbanın içərisində isə, hər birində 10 ədəd olmaqla 140 ədəd üzərində “Tamoxifen 20 mq Tablet Tamoksifen sitrat” yazısı olan konvalyutda 1400 ədəd həblər və hər birində 10 ədəd olmaqla 96 ədəd konvalyutda üzərində “Femara 2,5 mq letrozol” yazısı olan 960 ədəd sarımtıl rəngli həblərin olduğu müəyyən edilmişdir. Faktla əlaqədar olaraq araşdırma başlanmış və kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəsünaslıq ekspertizası təyin edilərək AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmişdir. Həmin qurumdan daxil olan xx.xx.2024-cü il tarixli 3-16- 16/2- 6/535 və xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/675/2024 saylı ekspert rəylərinə əsasən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş dərman preparatları dərman formaları və kimyəvi tərkiblərinə görə adlarına uyğundur, tərkibindəki komponentlər “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəqlinə və istehsalına lisenziya tələb edilən prekursorların sivahıları”na və “Güclü təsir edici maddələr və onların siyahısı’’na, eləcə də “Zəhərli maddələrin siyahıları”na daxil deyildirlər və onların xx.xx.2024-cü il tarixinə olan ümumilikdə orta bazar qiyməti təxminən 1662,50 manat təşkil edir. Həmçinin, sözügedən dərman vasitələrinin həqiqətən dərman vasitəsi hesab olunub-olunmaması, əgər dərman vasitəsidirsə hansı növ xəstəliklərin müalicəsində istifadə olunması, həmçinin həmin dərman vasitəsinin dövlət qeydiyyatından keçib-kecməməsi, idxalına xüsusi icazə tələb olunub-olunmaması və pərakəndə satışının Azərbaycan Respublikası ərazisində hansı formada həyata keçirilməsi barədə məlumat təqdim edilməsi məqsədilə AR Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət olunmuşdur. Həmin qurumdan daxil olan xx.xx.2024-cü il tarixli 3-28-1/2- 7705/2024 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, həmin dərman vasitəsi dövlət qeydiyyatında yoxdur, bu səbəbdən onun müalicə təyinatı barədə məlumat verilməsi mümkün olmamışdır. Araşdırma zamanı "xxxx" MMC-nin işçisi Şəxs izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, şirkətin xarici anbarında anbardar vəzifəsində çalışan “Aqil” adlı şəxs ona zəng vuraraq 100 (bir yüz) manat məbləğində zəhməthaqqı qarşılığında iki qutu dərman vasitələrini göndərmək istədiyini bildirmişdir. Yusifdən həmin dərmanları gömrük nəzarətindən kənar formada bəyan etmədən gömrük sərhədindən keçirərək şirkətin ofisinə aparmasını, daha sonra isə Yusifin tanımadığı bir nəfərin gəlib dərmanları götürəcəyini və Yusifin bunu edib-edə bilməyəcəyini soruşmuşdur. Yusif onun təklifini qəbul edərək bu isi öz üzərinə götürüb, məsələ ilə bağlı şirkətin rəhbəri Orxan Məmmədliyə məlumat verib, sonuncu bu işi görməməsi ilə bağlı Yusifə məsləhət verib, lakin edəcəyi təqdirdə ehtiyatlı olmasını tapşırmışdır. xx.xx.2024-cü il tarixdə Yusif bəyan edilməyən dərman vasitələrini karqo terminalının anbarından çıxarmaq üçün gedib, eləcə də bu işdə ona kömək etməsi üçün 50 (əlli) manat zəhməthaqqı müqabilində iş yoldaşı Cavid Mahmudovdan da qutulardan birini terminaldan çıxarmasını xahiş edib, drəmanların olduğu iki ədəd karton qutudan birini ilk olaraq Cavid götürərək terminalın binasından çıxarıb, ardınca isə Yusif özü digər qutunu çıxarmaq istəyib, bunun qanunsuz olduğundan məlumatı olub, lakin pula ehtiyacı olduğu üçün belə bir hərəkətə yol verimişdir. Həmçinin "xxxx" MMC-nin digər işçisi X2 izahatı alınaraq toplanan materiala əlavə edilmişdir. Sonuncu izahatında həmin məsələdən xəbərsiz olduğunu. Şəxs xx.xx.2024-cü il tarixdə ondan karqo terminalda firmanın adına gələn yüklərin arasında dərmanların olduğu’ iki ədəd qutudan birini götürərək terminalın binasından çıxarmasını, daha sonra isə ondan götürəcəyini demiş, bunun qarşılığında ona 50 manat zəhməthaqqı verəcəyini vəd etmiş, Cavid Yusifin təklifini qəbul etmiş, əvvəlcə Cavid qutulardan birini götürərək terminalın binasından çıxararaq "xxxx" MMC-nin direktoru X5 aid olan **-ZO-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES C250” markalı minik avtomobilinin salonuna qovduğunu bildirmişdir.Göstərilən xüsusatlar **-ZO-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES C250" markalı minik avtomobilinin sahibi X7 və "xxxx" MMC-nin rəhbəri X6 tərəfindən verilən izahatlarla da öz təstiqini tapmışdır. Fakt üzrə ilkin araşdırma aparıldıqdan sonra törədilən əməldə Azərbaycan Respublikası CM-in 200-1-ci və 200-1.2.2-ci maddələrin tərkib əlamətlərinin olması səbəbindən qeydə alınmış 00800- 00236/24 nömrəli material aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilməsi məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Bas Prokurorluğunun ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Materialın aidiyyəti üzrə araşdırılmasının davam etdirildiyi. X9 İdarəsi tərəfindən, Şəxs və X4 tərəfindən törədilən əməldə həmin maddələr ilə cinayət tərkibi olmadığına görə material üzrə cinayət isinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, hər iki şəxs dərman vasitələrini gömrük nəzarətindən kənar keçirsə də satış məqsədilə bu hərəkəti etmədiklərini, eləcə də həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olan qanunla dövlət qeydiyyatına alınmalı olan, lakin qeydiyyatdan keçirilməyən dərman vasitələri olduğunu etinasızlıq üzündən bilməyərək, dərk etməyərək belə etmiş və hər iki hala görə təkzibedilməz sübutlar olmadığına görə onların cinayət məsuliyyətinə cəlb edilməsi mümkün hesab edilməmişdir. Habelə, aidiyyəti istintaqtəhqiqat orqanı tərəfindən belə hesab edilmişdir ki, Şəxs və X2 törətdiyi əməldə Azərbaycan Respublikası İXM-İn 479-cu maddəsinin tərkib əlamətləri vardır və onlar barəsində həmin maddə ilə inzibati xəta haqqında is üzrə icraat başlanaraq inzibati araşdırma aparılmalıdır. Həmçinin, yuxarıda qeyd edilən dərman vasitələri NBPİ-nin X1 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlandığı da müvafiq qərarda göstərilmişdir. törədilən əməldə Azərbaycan Respublikası İXM-in 479- cu maddəsinin tərkib əlamətləri olması səbəbindən xx.xx.2024-cü il tarixdə X8 gömrük İdarəsində Şəxs barəsində həmin maddə ilə 00800-00364/24 saylı inzibati xəta haqqında is qeydə alınaraq inzibati araşdırma aparılmışdır.Araşdırma zamanı Şəxs Bas İdarəyə dəvət edilərək təkrarən izhatı alınmışdır. O, izahatında xx.xx.2024-cü il tarixdə verdiyi izhatını təstiqlədiyini və qanunvericilik çərçivəsində görüləcək tədbirlərə etirazının olmadığını bildirmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş İdarəsinin Təhqiqat şöbəsi tərəfindən 24 may 2024-cü il tarixli, 00800- 00364/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək, əməlindən səmimi peşman olduğunu qeyd etmiş və məhkəmədən barəsində inzibati xətanın obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş 23 aprel 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd ediməsi barədə qərardan görünür ki, HK-128 saylı material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılmasının rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallardan ayrılmış sənədlərin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinə əsasən “Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və inzibati xətanın bilavasitə obyekti olan hər birində 5 ədəd olmağla 46 ədəd şəffaf listdə 230 ədəd üzərində “Transamine 50mg/ml’’ yazısı olan şüşə flakonlar və hər birində 10 ədəd olmaqla 18 ədəd konvalutda üzərində “Femara 2,5 mg letrozol” yazısı olan 180 ədəd sarımtıl rəngli həblər müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar