Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1188/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsindən daxil olan 3-13-15/2-1141/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində HK-1/28 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarda ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İXM-in 479-cu maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati qaydada tədbir görülməsinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmişdir. Həmin materiala və daxil olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən məlum olur ki, xx.xx.2024-cü il tarixdə Heydər Əliyev adına X1 ərazisindəki Bakı Karqo Terminalında "xxxx" MMC-nin işçisi X2 terminalın anbarında xidmət apardığı zaman, orada Türkiyə Respublikasından gələn yüklərin olduğu paletlərdən birindən bağlamanın birinin şəffaf rəngli lentini sökərək içərisindəki sarı rəngli qutunu çıxardığı və bozumtul rəngli çiyin sumkasına qoyaraq həmin ərazini tərk etdiyi müəyyən olmuşdur. Daha sonra onun hərəkətləri izlənərək həmin çanta ilə birlikdə karqo terminalının inzibati binasının 9-cu qapısından şübhəli hərəkətlərlə çıxdığı müşahidə olunmuşdur. Bu zaman həmin şəxsə yaxınlaşılaraq ona çiyin çantasına baxış keçirilməli olduğu bildirilmişdir. Daha sonra çiyin çantasına hal-şahidlərinin də iştirakı ilə baxış keçirilmiş və çantanın içərisində sarı rəngli düzbucaqlı paralelopiped formasında karton qutunun olduğu müəyyən edilmişdir. Həmin qutu olduğu yerdən çıxarılaraq onun qapağı açılaraq içərisinə baxıldığı zaman orada hər birində 5 ədəd olmaqla 46 ədəd şəffaf listdə 230 ədəd üzərində "Transamine 50mg/ml" yazısı olan şüşə flakonlar və hər birində 10 ədəd olmaqla 18 ədəd konvalutda üzərində "Femara 2,5 mg letrozol" yazısı olan 180 ədəd sarımtıl rəngli həblərin olduğu müəyyən edilmişdir. Eləcə də, eynilə başqa bir qutunun da karqo terminalının inzibati binasından həmin firmanın digər qeyri-rəsmi işçisi Şəxs tərəfindən çıxarılaraq "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X3 məxsus olan 99-Z0-998 dövlət qeydiyyat nişanlı, "MERCEDES C250" markalı minik avtomobilinə qoyulduğu məlum olmuşdur. Bununla əlaqədar olaraq həmin nəqliyyat vasitəsinə də hal-şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı minik avtomobilinin salonunun sol arxa sərnişin oturacağının ayaq qoyulması üçün nəzərdə tutulan hissəsində bir ədəd sarı rəngli düzbucaqlı paralelopiped formasında karton qutu və bir ədəd üzərində "Starex" yazısı həkk olunmuş açıq mavi rəngli sellofan torbanın olduğu müəyyən edilmişdir. Daha sonra baxış davam etdirilmiş və her iki əşya olduğu yerdən götürülərək içərisinə baxış keçirilmişdir. Karton qutunun içərisindən hər hansı predmet aşkar edilməmiş, digər sellofan torbanın içərisində isə, hər birində 10 ədəd olmaqla 140 ədəd üzərində "Tamoxifen 20 mg Tablet Tamoksifen sitrat" yazısı olan konvalyutda 1400 ədəd həblər və hər birində 10 ədəd olmaqla 96 ədəd konvalyutda üzərində "Femara 2,5 mg letrozol" yazısı olan 960 ədəd sarımtıl rəngli həblərin olduğu müəyyən edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 00800-00365/24 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətdiyini etiraf edərək əmlakın müsadirə olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/535 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş iki ədəd sarı rəngli qutularda olan dərman preparatları dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundurlar (təsiredici maddələrinin adları 1 nömrəli cədvəldə göstərilmişdir) və tərkiblərindəki komponentlər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları"na daxil deyildirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2024-cü il tarixli, 9/675 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 adda dərman preparatlarının xx.xx.2024-cü il tarixinə ümumilikdə orta qiyməti təxminən 1662,50 manat müəyyən edilir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-nin 479-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün qərarın surəti Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, törətdiyi inzibati xətanı etiraf edir və məhkəmədən barəsində inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 10 ədəd olmaqla 140 ədəd üzərində "Tamoxifen 20 mg Tablet Tamoksifen sitrat" yazısı olan konvalyutda 1400 ədəd həblər və hər birində 10 ədəd olmaqla 96 ədəd konvalyutda üzərində "Femara 2,5 mg letrozol" yazısı olan 960 ədəd sarımtıl rəngli həbləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinə əsasən Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə, yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı etiraf edərək əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, habelə barəsində inzibati icraat aparılan şəxsin inzibati orqana ünvanladığı ərizəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin sanksiyasında nəzərdə tutulan müsadirə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növlərinə aiddir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 10 ədəd olmaqla 140 ədəd üzərində "Tamoxifen 20 mg Tablet Tamoksifen sitrat" yazısı olan konvalyutda 1400 ədəd həblər və hər birində 10 ədəd olmaqla 96 ədəd konvalyutda üzərində "Femara 2,5 mg letrozol" yazısı olan 960 ədəd sarımtıl rəngli həblər müsadirə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1188/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1188/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver