Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1191/2021 29.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 01 fevral 1970-ci il tarixdə Ucar rayonunun Bağman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonunun Bağman kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsində fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 02 sentyabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində idarə etdiyi “Mercedes Benz” markalı **- XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivindən Buzovna-Maştağa şosesinə doğru saatda təxminən 20-25 km/surətlə hərəkət edərkən qarşısında yolun sağ hissəsi ilə velosipedçinin hərəkətdə olmasını görüb sola doğru manevr etmiş, bu zaman yolun əks istiqamətinə çıxmış və həmin vaxt əks istiqamətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Zaza” markalı mopedlə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 16 sentyabr 2021ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 02 sentyabr 2021-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivindən Buzovna-Maştağa şosesinə doğru hərəkət edərkən qarşısında yolun sağ hissəsi ilə velosipedçinin hərəkətdə olmasını görüb sola doğru manevr etmiş, bu zaman yolun əks istiqamətinə çıxmış və həmin vaxt əks istiqamətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Zaza” markalı mopedlə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 03 sentyabr 2021-ci il tarixli, 1117 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – alının, sol qalçanın əzilmiş yaraları, alının hematoması, sol dirsəyin, sol saidin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 02 sentyabr 2021-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 11 sentyabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs 02 sentyabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində idarə etdiyi “Mercedes Benz” markalı **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivindən Buzovna-Maştağa şosesinə doğru saatda təxminən 20-25 km/surətlə hərəkət edərkən qarşısında yolun sağ hissəsi ilə velosipedçinin hərəkətdə olmasını görüb sola doğru manevr etmiş, bu zaman yolun əks istiqamətinə çıxmış və həmin vaxt əks istiqamətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Zaza” markalı mopedlə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almışdır. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 10 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sürücü Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1191/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1191/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver