Məhkəmə qərarları › İş №3(003)-1194/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1194/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1194/2022 26.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə X2 Azərbaycan Respublikasının Mərkəzi Bankın baş direktoru X4 tərəfindən qəbul edilmiş MN ******* nömrəli 01 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Mərkəzi Bankın baş direktoru X4 tərəfindən qəbul edilmiş MN ******* nömrəli 01 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (baş direktoru R.Orucovun) 01 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) ABŞ dolları məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxan səlahiyyətli orqan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən onun barəsində aparılan inzibatı xəta haqqında iş üzrə icraat qüvvədə olan inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulmaqla, barəsində qanunsuz inzibati tənbeh tətbiqi barədə qərar qəbul edilmiş İXM-də nəzərdə tutulan hüquqları təmin olunmadan, inzibati xəta haqqında iş üzrə icraat barədə vaxtında məlumatlandırılmadan, inzibati xəta haqqında protokolla tanış edilmədən aparılmış, inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə heç bir xəbərdarlıq etmədən ciddi prosessual hüquq pozuntularına yol verilməklə qanunsuz inzibati qərar qəbul edilmişdir. Əvvəla, qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokol tərtib olunmaqla inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə ona səlahiyyətli orqan tərəfindən bildiriş göndərilməmiş, inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə məlumat verilmədən, onun hüquqları təmin edilmədən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, İXM-nin 60.3-cü maddəsində qeyd olunur ki, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Lakin bu iş üzrə ümumiyyətlə ona Mərkəzi Bank tərəfindən bildiriş göndərilməmişdir. Nəticədə, inzibati xəta haqqında icraatın iştirakçısı onun barəsində inzibati xəta təqibinin aparılması barədə məlumatsız olmuş, inzibati xəta haqqında iş üzrə icraat zamanı qanunla ona verilmiş hüquqlardan məhrum olunmuş, özünün müdafiəsi üçün zəruri dəlil və sübutları təqdim edə bilməmişdir, onun müdafiə hüquqları pozulmuşdur. Hazırkı şikayətlə mübahisələndirilən inzibatı tənbeh vermə haqqında 01 sentyabr 2022ci il tarixli Qərarı qəbul edən X6 inzibati təhbehin əsasını belə göstərmişdir ki, o, 40000 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 12 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 40000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də xaricə göndərilən 40000 ABŞ dolları xarici valyutanın 1090 miqdarında inzibati cərimə tətbiq etmişdir. Mərkəzi X1 xarici ölkəyə Azərbaycan bankı olan "xxxx" ASC-nin Qərb filialında olan bank hesabından Şri-Lanka ölkəsinin bank hesabına istilik məhsularının yetidirilməsi üçün nəzərdə tutulan “Kokopit” məhsulunun alınması üçün köçürdüyü 40000 ABŞ dolları vəsaitin hesabına alınan “Kokopit” məhsulu Azərbaycana gətirilmişdir, Gömrük orqanından keçmiş, bununla da “Qısa idxal bəyannaməsi” tərtib edilərək vasitəçi bank"xxxx" ASC-nin Qərb falına təqdim olunmuşdur ki, bank öz növbəsində Mərkəzi Banka bu barədə hesabat versin. Onun tərəfindən "xxxx" ASC-nin Qərb filialına 2 dəfə Qısa idxal bəyannaməsi verilmişdir, birinci dəfə verilmiş, bankdan ona bildirmişlər ki, Qısa idxal bəyannaməsini itiriblər, tapa bilmirlər, məcbur olaraq ikinci dəfə Qısa idxal bəyannaməsini vasitəçi banka təqdim etmişdir. Buna baxmayaraq "xxxx" ASC-nın Qərb filalı Mərkəzi Banka bu barədə hesabat verməmiş, Qısa idxal bəyannaməsinin surətini Mərkəzi Banka göndərməmişdir. Bununla belə onun Azərbaycana Şri-Lankadan idxal etdiyi “Kokopit” məhsullarının gətirilərək Gömrükdən keçirilməsi barədə Gömrük bəyannaməsi də tərtib olunmuşdur və Gömrük bəyannaməsi eyni ilə "xxxx" ASC-nin Qərb filialına təqdim olunmuşdur. Buna baxmayaraq, barəsində qanunsuz şəkildə inzibati xəta haqqında tənbeh tədbiri görülən o, xaricə köçürdüyü 40000 ABŞ dolları pul vəsaiti hesabına alınan malı Azərbaycana idxal etməsi barədə Gömrük bəyannaməsini və Qısa idxal bəyannaməsini Gömrük orqanına təqdim etmiş və həmin sənədlər əsasında malı Azərbaycana idxal etmişdir. Qısa idxal bəyannaməsi gömrük orqanlarına elektron formada verilmişdir. Məhkəmənin əvvəlki iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqana və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər və etməməsinin səbəblərini bildirməmişlər. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 ərizə ilə müraciət edərək bildirmişdir ki, X2 təqdim etdiyi **********5143 saylı bəyannamədə müvafiq rekvizitlər avans köçürmə sənədlərinin müvafiq rekvizitləri ilə eyniləşmədiyi üçün məhkəməyə təqdim edilən bəyannamə müvafiq malların idxalını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsini araşdırıb və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankın baş direktoru X4 tərəfindən qəbul edilmiş MN ******* nömrəli 01 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40000 ABŞ dollarının 10 %-i həcmində, yəni 4000 ABŞ dolları məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankın baş direktoru X4 tərəfindən qəbul edilmiş MN ******* nömrəli 01 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 40000 ABŞ dollarının 10 %-i həcmində, yəni 4000 ABŞ dolları məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankın baş direktoru X4 tərəfindən qəbul edilmiş MN ******* nömrəli 01 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar