Məhkəmə qərarları › İş №3(003)-1196/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1196/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1196/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X6 iştirakları ilə, xx.xx.1977-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yerləşən evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə rəisi, polis mayoru X3 izahat verərək bildidi ki, təhqiqat materialı əsasında mişar daşlarını oğurlamış şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi qərar alınmışdır. Buna görə Şəxs saxlanılmış, izahatında bildirmişdir ki, içkili olmuş və fəhlələrə səhv istiqamət verdiyindən başqa şəxsə daşları yığmışlar. Məhkəməyə gətirilən zaman isə müəyyən olunmuşdur ki, oğurlanmış daşlar qaytarılmış və zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, zərərçəkmiş şəxsə məxsus daşların yerləşdiyi torpaq sahəsində ona məxsus daşlar olmuşdur. Belə ki, orada əvvəllər o özünə ev tikdirmiş, lakin neft şirkətinin ərazisi olduğundan evi sökülmüş və mişar daşları orada qalmışdır. Hadisə günü isə qonaqları olduğundan daşların arxası ilə özü getməmiş, fəhlələr göndərmişdir. Fəhlələr isə ona məxsus mişar daşlarını avtomobilə yükləyəndə zərərçəkmiş şəxsə məxsus daşları da bilməyərək avtomobilə yükləmişlər. Növbəti günü isə onunla əlaqə saxlayaraq bu barədə bildirildikdə o həmin daşları zərərçəkmiş şəxsə qaytarmışdır. Hazırda daşların oğurlamaq niyyətinin olmamasını, fəhlələr tərəfindən səhvən zərərçəkmiş şəxsə məxsus daşlarının götürülməsini, iş üzrə zərərçəkmiş şəxsə dəymiş zərərin ödəməsini nəzərə alaraq iş üzrə xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X7 məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək Şəxs tərəfindən ona dəymiş 500 manat ziyanın tam ödənildiyini, ona görə onunla barışdıqlarını və ona qarşı şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, işə zərərçəkmiş şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Orxan Sultanova məxsus 1000 ədəd mişar daşları oğlurlamış, sonuncuya 500 manat ziyan dəymişdir. Nəticədə Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli hadisəni törədən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, X2 RPİ-nin 2-ci PŞ-nə müraciət edərək Xəzər rayonu, Buzovna-Maştağa şossesinin sol istiqamətində yerləşən 20 sot torpaq sahəsinə tökdüyü mişar daşının 1000 ədədini Rövşən adlı şəxs tərəfindən “Kamaz” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı yük maşınına yüklənərək oğurlandığını bildirmişdir. -inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsin əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. İş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokolun tərtib edilməsinə əsaslar Xəzər rayonu Buzovna-Maştağa şossesinin sol istiqamətində X5 məxsus mişar daşlarının Şəxs tərəfindən oğurlaması halı olmuşdur. Məhkəmə qeyd edir ki, bu hal təsdiq olunmadığından, yəni Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, xırda talama, yəni oğurlama inzibati məsuliyyət yaradır. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, zərərçəkmiş şəxsə məxsus mişar daşlarının olduğu ərazidə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məxsus mişar daşları olmuş və sonuncu özünə məxsus mişar daşlarının götürülməsi üçün başqa şəxslərə (fəhlələrə) müraciət etmiş, özü isə həmin ərazidə olmamış, müraciət etdiyi şəxslər isə həm Şəxs məxsus, həm də zərərçəkmiş şəxsə məxsus mişar daşlarını yük avtomobilinə yükləyərək götürmüşlər. Şəxs zərərçəkmiş şəxsə məxsus mişar daşlarının oğurlamaq niyyətinin olmasına dair isə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında zərərçəkmiş şəxsə məxsus mişar daşarlarının fəhlələr tərəfindən yük avtomobilə yüklənməsi barədə tapşırığın məhz Şəxs tərəfindən verilməsi barədə hər hansı bir sübut mövcud olmamaqla bu barədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardada hər hansı bir sübut göstərilməmişdir. Zərərçəkmiş şəxsə məxsus mişar daşlarının Şəxs tərəfindən oğurlamaq niyyətində olması onun məhkəmə iclasında verdiyi izahatından da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs məhkəmə iclası zalından azad edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar