Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1198/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin (bundan sonra mətndə Xəzər RPİ 3-cü PŞ-nin) sahə rəisi, polis mayoru X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Lənkəran rayonunun Havzava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Xəzər RPİ 3-cü PŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 232-1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 15 avqust 2022-ci il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokollara əsasən 14 avqust 2022-ci il tarixdə Şəxs Xəzər rayonu Binə qəsəbəsi Bünyadzadə küçəsi döngə 1 ev 8 A ünvanında yaşayış evinə gələrək keçmiş arvadı X2 nəlayiq ifadələrlə təhqir edərək, evin plastik pəncərəsinin şüşəsini sındırmışdır. Bundan başqa, Xəzər RPİ 3-cü Polis Şöbəsinin inzibati binasında və xidməti otaqda olarkən izahat verməkdən imtina edərək, polisin iş rejimini təxminən 15-20 dəqiqə pozmuşdur. Məhkəmə iclasında protokolları tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, sahə rəisi, polis mayoru X5 tərtib edilmiş protokolların məzmunlarına uyğun izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 göstərdi ki, 14 avqust 2022-ci il tarixdə Şəxs Xəzər rayonu Binə qəsəbəsi Bünyadzadə küçəsi döngə 1 ev 8 A ünvanında yaşayış evinə gələrək keçmiş arvadı X2 nalayiq ifadələrlə təhqir edərək, evin plastik pəncərəsinin şüşəsini sındırmış və ona 50 (əlli) manat məbləğində ziyan vurmuşdur. Şəxs şikayətçidir, bunun nəzərə alınaraq Muradın barəsində ağır inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı əvvəlcə etiraf etməyərək göstərdi ki, o, həmin inzibati xətanı törətməmişdir, sadəcə olaraq, keçmiş arvadı X4 onunla birgə nikahdan doğulmuş iki uşağı ilə birlikdə onun bacısına məxsus olub Xəzər rayonu Binə qəsəbəsi Bünyadzadə küçəsi döngə 1 ev 8 A ünvanında yerləşən yaşayış evinə girdiyi üçün onu oradan çıxarmaq məqsədilə həmin gün oraya getmiş və ondan oradan çıxmağı tələb etmiş, Gülgun isə məhkəmənin qətnaməsi ilə həmin evə qanuni qaydada köçürüldüyü üçün oradan çıxmayacağını bildirmişdir. Sonra polis əməkdaşları oraya gələrək onu 3-cü Polis Şöbəsinə aparmışlar. Onun barəsində yazılmış aktla razı deyildir, çünki, PŞ-nin iş rejimini pozmamış, orada heç kimin ünvanına nalayiq ifadələr işlətməmişdir. Özünü əvvəlcə təqsirli bilməsə də, hazırda məsələnin hüquqi tərəfini, səhv etdiyini tamamilə başa düşmüşdür, buna görə də əməlindən peşmandır. Bunun nəzərə alınaraq onun barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan Xəzər RPİ 3-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Səfa Usubov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması rədd edilməsi haqqında” 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələrinin tərkib əlamətləri yarandığından barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilmişdir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda -inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 14 avqust 2022-ci il tarixli AZA 012089 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs 14 avqust 2022-ci il tarixdə saat 19:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 14 avqust 2022-ci il tarixdə saat 19:40dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1983-cü il tarixdə Lənkəran rayonunun Havzava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 14 avqust 2022-ci il tarixdə saat 19:40-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1198/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1198/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver