Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1201/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə 19 iyun 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 9, mənzil 4-də qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin BMCMİ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 may 2023-cü il tarixli protokola əsasən Şəxs 23 may 2023-cü il tarixdə ünvan 1 ünvanın yaxınlığında xırda xuliqanlıq törətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Buzovna qəsəbəsində yerləşən “AL Market”in qarşısında dostu Əli ilə telefonda danışarkən əsəbi olduğuna görə nalayiq ifadələr işlətmişdir. Mülki geyimdə olan iki nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək vəsiqələrini göstərmiş və onu nizam-intizama dəvət edərək söyüş söyməməsini bildirmişlər. O isə əsəbi olduğundan əməlini davam etdirmiş, kənara çəkilərək telefonla danışmaqda davam etmişdir. Polis əməkdaşları yenidən yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş və onlarla birlikdə polis şöbəsinə getməyə dəvət etmişlər. O isə qaçmağa cəhd etmişdir. Himayəsində iki azyaşlı uşağının, əməlindən peşman olmasını bildirərək məhkəmədən barəsində yüngül cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 13:00 rarələrində digər əməliyyat müvəkkili X1 ilə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “AL Market”in qarşısında olarkən şəxsiyyəti sonradan məlum olan Şəxs telefonla ucadan danışaraq söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq özümüzü təqdim edib onu nizam-intizama dəvət etmişik. O, polis əməkdaşları olduğumuzu biləndən sonra daha da əsəbləşərək əl-qol atmış, qaçmağa cəhd etmiş və öz əməlini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid X2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında müdafiəçi X6 göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməllərini etiraf edir, himayəsində iki azyaşlı uşağı vardır, heç bir yerdə işləmir və ailəyə yeganə qazanc gətirən şəxsdir. Qeyd olunanların nəzərə alınaraq ona yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını, şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 23 may 2023-cü il tarixdə ünvan 1 ünvanın yaxınlığında xırda xuliqanlıq törətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs inzibati xətanı səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi hesab edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, heç bir yerdə işləməməsini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:45-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 23 may 2023-cü il saat 14:45-dən hesab edilsin. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1201/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1201/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver