Məhkəmə qərarları › İş №3(003)-1206/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1206/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1206/2020 16.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, Protokolu tərtib etmiş Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, işləməyən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahə 10/21 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2727/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən X2 xeyrinə cavabdeh Şəxs 4800 manat məbləğində pul və otuz manat dövlət rüsumu tutulmuşdur. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən həmin icra vərəqəsinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 verdiyi izahatında bildirmişdir ki, icra sənədi icraata qəbul edildikdən sonra icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclu Şəxs yaşadığı ünvana göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs məxsus cari hesablardakı pul vəsaitləri, daşınar və daşınmaz əmlaklar, hüquqi ünvanı, bank rekvizitləri, eləcə də cari və hesablaşma hesabları, vergi ödəyicisi kimi fəaliyyət göstərib göstərmədiyi, bələdiyyə ərazisindəki torpaq sahəsinin olub-olmaması barədə müxtəlif instansiyalara sorğular olunmuş, borclunun tələbin yönəldilə biləcəyi əmlakı aşkar olunmamışdır. Borclu tərəfindən müxtəlif vaxtlarda icrra vərəqəsi üzrə ödənişlər həyata keçirilmiş, hazırda borclu Şəxs 2680 manat borcu mövcuddur. Ona görə də məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş edir. Həmçinin borclu Şəxs tərəfindən icra sənədi üzrə borcundan xx xxxxxxx 2020-ci il tarixdə 200 (iki yüz) manat ödəniş etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərmişdir ki, özünü təqsirli bilir. Lakin hazırda həmin borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur, icra sənədi üzrə borcdan hissə-hissə ödəniş etmişdir. Brəsində inzibati xəta haqqında protokol tərtib edilən günə 2680 manat borcu vardır, lakin qeyd olunan borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Belə ki, oğlu X9 Azərbaycan Respublikasının ərzai bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi üçün qismən səfərbərliyə cəlb edilmiş və hazırda döyüş bölgəsində hərbi xidmətdə olmasından ailənin saxlanılması yükü onun üzərinə düşmüşdür, ona görə qeyd edilən borcu ödəməsini çətinləşdirir. Hazırda borcundan 200 manat ödəniş etmişdir. Borcun qalan hissəsini ödəyəcəyini bildirərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. X1 məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli iclasında izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2727/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs onun xeyrinə 4800 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutulmalı olduğunu, lakin borclu tərəfindən icra sənədi üzrə borc tam olaraq bilrdəfəlik ödənilmədiyi, ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2727/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs X2 xeyrinə 4800 manat məbləğində pul və otuz manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-2727/2017 saylı icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya icranı 10 gün müddətinə könüllü icra etməsi ilə bağlı xəbədar edilmişdir. İş materiallarında olan bildirişin surətindən görünür ki, borclu Şəxs tələbin könüllü icrası ilə bağlı xx.xx.2019-cu il tarixdə xəbərdar edilmidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, borclu Şəxs tərəfindən ödənilmiş 200 manat X1 tərəfindən götürülmüş və həmin tarixə borclunun 2680 manat borcu qalmışdır. İş materiallarında olan sorğulardan görünür ki, borclu Şəxs məxsus cari hesablardakı pul vəsaitləri, daşınar və daşınmaz əmlaklar, hüquqi ünvanı, bank rekvizitləri, eləcə də cari və hesablaşma hesabları, vergi ödəyicisi kimi fəaliyyət göstərib-göstərmədiyi, bələdiyyə ərazisində torpaq sahəsinin olub-olmaması barədə müxtəlif instansiyalara sorğular olunmuşdur. Lakin sorğulara cavab olaraq borclunun adına heç bir əmlak və bank hesabı aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, borclu Şəxs X4 olan 2680 manat borcundan 200 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 371 nömrəli arayışda qeyd edilmişdir ki, 1196-cı il təvəllüldlü X9 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik haqqında” Qanuna əsasən xx xxxxxxxx 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır (maddə 528.1). İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (maddə 53.0.2). İnzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir (maddə 75). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (maddə 76.1). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 84.2). Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (maddə 105.1). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Lakin işin hallarından göründüyü kimi, borclu tərəfindən borcundan inzibati xəta haqqında inzibati protokol tərtib edilənədək 2680 manat və xx.xx.2020-ci il tarixdə isə 200 manat məbləğində ödəniş edilmişdir. Borclu tam ödəməni həyata keçirə bilməməsini maddi imkanının aşağı olması ilə əsaslandırmış və gələcəkdə həmin borcunu ödəmək niyyətində olduğunu bildirmişdir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara ald ı : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında başlanmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar