Məhkəmə qərarları › İş №3(003)-1206/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1206/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1206/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X4 ğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx.xx.1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, İİ qrup əlil, orta təhsilli, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu nömrəsiz fərdi evdə yaşayan (tel.: ***-***- **-**) barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 23 may 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Binə qəsəbəsinin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, vətəndaş X3 23 may 2023-cü il tarixdə saat 17:59 radələrində DİN-nin “102” xidməti – zəng mərkəzinə zəng edərək Vahid adlı şəxsin sərxoş vəziyyətdə onun işlətdiyi “Nan” adlı restoranın qarşısında müştərilərə və ətrafda olan insanlara nalayiq sözlər işlədərək ictimai asayişi kobud surətdə pozması barədə məlumat vermişdir. Daxil olmuş məlumatla əlaqədar 3-cü PŞ-nin əməliyyat qrupu tam tərkibdə hadisə yerində olmuş, vətəndaş X1 ərizə və izahatı alınmış, lakin hadisə yerində olan zaman Vahid adlı şəxsin orada olmaması müəyyən edilmişdir. Sonra vətəndaş X3 təkrar zəng edərək Vahid adlı şəxsin yenidən restorana gələrək onu və işçilərini nalayiq sözlərlə söyüb təhqir etdiyini bildirmişdir. 3-cü PŞ-nin əməliyyat qrupu yenidən hadisə yerinə getmiş və Vahid adlı şəxsi Polis şöbəsinə dəvət etmişlər. Lakin Vahid adlı şəxs onların qanuni tələblərinə tabe olmayaraq Polis şöbəsinə gəlməkdən imtina etmiş və nalayiq sözlər işlədərək ictimai qaydanı kobud surətdə pozmağa davam etmişdir. Tərəflərindən Vahid adlı şəxs Polis şöbəsinə gətirilmiş, orada məlum olmuşdur ki, Vahid xx.xx.1969-cu il təvəllüdlü Şəxsdur. Şəxs həmin hərəkətləri törətməsi vətəndaş Akif Abbasovun izahatı və polis əməkdaşlarının tərtib etdiyi raportla təsdiq edilir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müfafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində yerləşən “Xalaoğlu” kafesində 2 bakal pivə içəndən sonra “Ülvi” şadlıq sarayının qarşısında “Nan” adlı restoranın qarşısında yolun kənarında əyləşən zaman obyektin icarədarı Asif adlı şəxs ona orada oturmamağını hirs və qəzəblə bildirmişdir. O isə ona burada əyləşəcəyini bildirmiş, bundan sonra aralarında mübahisə yaranmış və onlar dalaşmışlar, lakin o, həmin vaxt söyüş söyməmişdir. Bununla bağlı polis əməkdaşları onu 3-cü Polis şöbəsinə aparmışlar. Polis əməkdaşlarına tabe olmuşdur, onlar ona maşına oturmağı demiş, o da oturmuşdur. Əməlindən peşmandır, İİ qrup əlildir, əlilliyə görə təqaüd alır. Bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, İİ qrup əlil olmasını nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar