Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1208/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və X2nun iştirakları ilə Şəxs xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş 24 may 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-757/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs icra sənədində adı keçən bütüb əmlaklar alınaraq X2na verilməlidir; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1730/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 2981 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X6 verilməlidir; Bakı şəhəri 25 saylı Notariat Ofisinin 8İ-1672 saylı, xx.xx.2020-ci il tarixli İcra qeydinə əsasən borclu Şəxs 1429,58 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, borclu Şəxs indiyə qədər tələbkar X6 200 manat ödəniş etmiş, digər tələbkarlara isə heç bir ödəniş etməmişdir. 24 may 2023-cü tarixdə İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. İzahatında borclu Şəxs indiyə qədər işləmədiyi və depressiyada olduğu üçün heç bir ödəniş etmədiyini, adında rəsmi qeydə alınmış heç bir daşınar və ya daşınmaz əmlakın, həmçinin banklarda hər hansı qiymətli kağız və ya pul vəsaitinin olmadığını, borcunu bir dəfəyə ödəyə bilməyəcəyini, tələbkarların hər birinə ayda 50 manat olmaqla hissə-hissə ödəyə biləcəyini göstərmişdir. Göründüyü kimi, borcli borc məbləğini ödəməkdən indiyə qədər müxtəlif bəhanələrlə icra sənədini icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Bu isə tələbkarların haqlı narazılığına səbəb olmuşdur. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, indiyə qədər işləmədiyi və depressiyada olduğu üçün indiyə qədər yalnız tələbkar X6 200 manat ödəniş etmiş, "xxxx" ASC-nə olan borcunu isə ödəyə bilmir. Adında rəsmi qeydə alınmış heç bir daşınar və ya daşınmaz əmlak, həmçinin banklarda hər hansı qiymətli kağız və ya pul vəsaiti yoxdur. Borcunu bir dəfəyə ödəmək imkanı yoxdur. Hazırda işə düzəlmişdir və bundan sonra borclarını hissə-hissə ödəyəcəkdir. X2 ilə razılığa gəlmişdir və hər ay ona 300 manat ödəyəcəyinə söz vermişdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X2 göstərdi ki, borclu Şəxs müxtəlif bəhanələrlə icra sənədi üzrə olan borc məbləğini ödəməkdən indiyə qədər yayınmış, qızıl-zinət əşyalarını qaytarmamışdır. Lakin hazırda borclu onunla razılığa gəlmişdir və hər ay ona 300 manat ödəyəcəyinə söz vermişdir. Ona görə də borcluya yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, borclu Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs uzun müddət ərzində heç bir üzrlü səbəb olmadan icra vərəqəsini icra etməmişdir. Borclunun məhkəmə qərarını icra etməməsi ədalət mühakiməsinin nüfuzuna zərbə vurur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını və əmlak vəziyyətini nəzərə alaraq ona təqsirləndirildiyi maddə üzrə inzibati cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxx 1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1208/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1208/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver