Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1209/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs 08 sentyabr 1980-ci il tarixdə Qax rayonunun Almalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qax rayonunun Almalı kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq yaşayış massivi 2-ci sahə ünvanında yaşayan barəsində Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 03 may 2020-ci il tarixli MN № ******* saylı protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-945/2023 saylı 04 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 03 fevral 2020-ci il tarixdən başlayaraq 31 oktyabr 2006-cı il təvəllüdlü X10, 18 avqust 2008-ci il təvəllüdlü X9 və 30 oktyabr 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər üçün 100 (yüz) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. Borclunun icra məmurunun qanuni tələbini yerinə yetirməməsi nəticəsində hazırda qalıq borcu 3716 manat təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-945/2023 saylı 04 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 03 fevral 2020-ci il tarixdən başlayaraq 31 oktyabr 2006-cı il təvəllüdlü X10, 18 avqust 2008-ci il təvəllüdlü X9 və 30 oktyabr 2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər üçün 100 (yüz) manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, borc məbləğini könüllü ödəməmiş, borc məbləği 2022-ci idə 4150 manata çatanda onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmənin gedişində o, 2000 manat aliment ödədiyinə görə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin borclu bundan sonra yenə vaxtlı-vaxtında ödənişlər etməmiş, bu gün ümumi borcundan 300 manat ödəniş etmiş, 3716 manat borc isə ödənilməmiş qalmışdır. Tələbkar borcun tam ödənilməsini tələb edir. Ona görə də borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6 göstərdi ki, borclunun uzun müddətdən bəri aliment ödəməməsi nəticəsində onun onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşmışdır. Borclu bu gün 300 manat ödəniş etmiş, 3716 manat borc isə yenə də ödənilməmiş qalmışdır. Bu vəziyyət onu qane etmir və o, aliment borcunun tam ödənilməsini tələb edir. Bununla əlaqədar oiaraq aliment borcunun tam ödənilməsinin təmin edilməsini, əks təqdirdə inzibati qaydada həbs edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, uzun müddət işsiz olduğuna görə aliment məbləğini ödəyə bilməmiş, buna görə də çağırışlardan yayınmışdır. Lakin borcu ödəməyin onun vəzifəsi olduğunu bilir və bundan yayınmır. Borc məbləği 2022-ci idə 4150 manata çatanda onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmənin gedişində o, 2000 manat aliment ödədiyinə görə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin xitam qərarından sonra da o, ödənişlər etmiş, lakin ödədiyi məbləğlərin qəbzlərinin hamısını təqdim edə bilmir. Həm də hesab edir ki, borc məbləği düzgün hesablanmamışdır. Buna görə də xx.xx.2022-ci il tarixdə Ərizə ilə Xəzər rayon İcra Şöbəsinə müraciət edərək aliment borcunun düzgün hesablanmasını xahiş etmiş və xitam qərarından sonra aliment ödədiyini təsdiq edən ödəniş qəbzlərini də ərizəsinə əlavə etmişdir. Tələbkar borcun tam ödənilməsini tələb edir, buna isə onun maddi imkanı yoxdur. Hazırkı məhkəmənin gedişində tələbkara 300 (üç yüz) manat aliment ödəmişdir və bunu təsdiq edən ödəniş qəbzini məhkəməyə təqdim edir. Bundan sonra da hər ay müntəzəm surətdə hissə-hissə olmaqla qalan borcunun tam ödənilməsini təmin edəcəkdir. Ona görə də onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Şəxs məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra da mütəmadi olaraq müxtəlif məbləğlərdə ödənişlər etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Ərizədən görünür ki, Şəxs Xəzər rayon İcra Şöbəsinə müraciət edərək aliment borcunun düzgün hesablanmasını xahiş etmiş və xitam qərarından sonra aliment ödədiyini təsdiq edən ödəniş qəbzlərini də ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, borclu Şəxs müvəqqəti maliyyə çətinlikləri ilə əlaqədar ödənişlər edə bilməmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra da mütəmadi olaraq müxtəlif məbləğlərdə ödənişlər etmiş, xx.xx.2022-ci il tarixdə Ərizə ilə Xəzər rayon İcra Şöbəsinə müraciət edərək aliment borcunun düzgün hesablanmasını xahiş etmiş və xitam qərarından sonra aliment ödədiyini təsdiq edən ödəniş qəbzlərini də ərizəsinə əlavə etmişdir. Məhkəmənin gedişində xx.xx.2023-cü il tarixdə tələbkara 300 (üç yüz) manat aliment ödəyərək bunu təsdiq edən ödəniş qəbzini məhkəməyə təqdim etmiş və qalan məbləği də hissə-hissə olmaqla müntəzəm surətdə tamamilə ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1209/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1209/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver