Məhkəmə qərarları › İş №3(003)-1210/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1210/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1210/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, X1 iştirakı ilə, “İnzibati xəta haqqında protokolun ləğv edilməsi” barədə X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X3 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş EQ13393880, EQ13393881, EQ13393882, EQ13393883, EQ13393884, EQ13393886, EQ13393887, EQ13393888 saylı inzibati xəta haqqında protokolların ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC istismarlarında olan 162 saylı marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən 10ТС278 dövlət qeydiyyat nişanlı avtobus MMC-nin mülkiyyətində olduğu halda, 2022-ci ilin avqust ayından texniki baxışdan keçirilməməsinə görə AR-sı İXM-nin 339.1.1 maddəsi (Nəqliyyat vasitəsinin “Yol hərəkəli haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə edilməsi) və AR-sı İXM-nin 469.3 maddəsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmanıası ilə Е013393880, EQ13393881, Е013393882, EQ13393883, Е013393884, Е013393886, Е013393887, Е013393888, EQ13393891 nömrəli elektron protokollar tərtib olunmuşdur. Odur ki, X6 inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olan fiziki şəxs barədə (sürücünün yol vərəqəsi, soyadı, adı və atasının adı ) barədə məlumatın verilməsi MMCyə göndərilən sorğu əsasında inzibati xətanın törədildiyi tarixlərdə nəqliyyat vasitəsini onun idarə etmədiyi halda, həmin elektron protokollar sürücülük vəsiqəsinin üzərində onun adına qərarlaşdırılmışdır. Bildirir ki, hüququ şəxsin mülkiyyətində olan nəqliyyat vasitlərinin icbari sığorta olunmamasına və texniki baxışdan keçirilməməsinə (sürücü vol vərəqəsi ilə idarə etdiyi halda) görə inzibati тəзиһтуəн hüquqi şəxs daşıyır. Cavabdehə 10TG278 dövlət qeydiyyat nişanlı avtobusa tərtib olunmuş elektron qərarlara görə sorğu əsasında göndərilmiş müvafiq sənədlərin təqdim olunmasına baxmayaraq, MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrinə dair qanunsuz olaraq onun adına inzibati xəta haqqında protokollar tətib edilmişdir. Cavabdeh "xxxx" MMC-nin istismarında olan 10TG278 dövlət qeydiyyat nişanlı avtobusa tərtib olunmuş EQ13393880, EQ13393881, Е013393882, EQ13393883, EQ13393884, EQ13393886, EQ13393887 və EQ13393888 nömrəli inzibati xəta haqqında protokolların onun sürücülük vəsiqəsinin üzərindən ləğv edilməsini xahiş etmişdir. Daha sonra X3 məhkəməyə “ərizənin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək “iddi ərizəsinin” “şikayət ərizəsi” kimi qəbul edilməsini, "xxxx" MMC-nin isə cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətin məzmununa uyğun izahat verərək, qeyd olunmuş protokolların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Baş Dövlət Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Baş Dövlət Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X2 şikayəti baxılması üçün aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Mərkəzi İnformasiya sistemi tərəfindən elektron qaydada qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, inzibati xəta hadisəsi Sabunçu rayonu Kürdəxanı girişi “Luxoil” YDM Zabrat istiqamətində törədilmişdir. Deməli, inziabti xəta hadisəsi Sabunçu rayon inzibati ərazisində baş vermişdir. Eyni zamanda şikayətçi tərəfindən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət daxil olmamışdır. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmçinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş EQ13393880, EQ13393881, EQ13393882, EQ13393883, EQ13393884, EQ13393886, EQ13393887, EQ13393888 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar