Məhkəmə qərarları › İş №3(003)-1212/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1212/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1212/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Südçülük tərəvəzçilik sovxozunda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 27 iyul 2022ci il tarixdə saat 05:10 radələrində idarə etdiyi “Mercedes 410 Mikroavtobus” markalı **- ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə mərkəz-şəhər istiqamətindən, Türkan qəsəbəsi-Pirallahı rayon istiqamətində gedən bir istiqamətli, üç zolaqlı yolda hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə və yolun sağ kənarında tam dayanmış vəziyyətdə olan sürücü Zərərçəkmiş şəxs1 məxsus “Hyundai H1 Mikroavtobus” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti almışlar. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 13 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 27 iyul 2022-ci il tarixdə saat 05:10 radələrində idarə etdiyi “Mercedes 410 Mikroavtobus” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə və yolun sağ kənarında tam dayanmış vəziyyətdə olan sürücü Zərərçəkmiş şəxs1 məxsus “Hyundai H1 Mikroavtobus” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılaraq yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti almışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onlar məhkəməyə gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 30 iyul 2022-ci il tarixli, 943 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – alt dodağın selikli qışasının əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X5” X6 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 27 iyul 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 28 iyul 2022-ci il tarixli, 941 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X5” X6 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 27 iyul 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin 28 iyul 2022-ci il tarixli, 940 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının toxumalarının əzilməsi küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X5” X6 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 27 iyul 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 iyul 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs 27 iyul 2022-ci il tarixdə saat 05:10 radələrində idarə etdiyi “Mercedes 410 Mikroavtobus” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobillə mərkəz-şəhər istiqamətindən, Türkan qəsəbəsi-Pirallahı rayon istiqamətində gedən bir istiqamətli, üç zolaqlı yolda hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə və yolun sağ kənarında tam dayanmış vəziyyətdə olan sürücü Zərərçəkmiş şəxs1 məxsus “Hyundai H1 Mikroavtobus” markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə çırpılaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 yüngül dərəcəli bədən xəsarəti almışlar. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar