Məhkəmə qərarları › İş №3(003)-1213/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1213/2023

04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1213/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, X1 və onun vəkili X4 iştirakları ilə, X8 onun barəsində Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli Protokol və həmin protokol əsasında Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli Qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X13 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Xəzər RPİ-nin baş inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilmıəsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə X13 şikayəti müdafiə edərək göstərdi ki, 2022-ci ilin noyabr ayının 26da idarə etdiyi HOWO ZZ3257N3847A, YÜK ÖZÜBOŞALDAN markalı, 900B278 qeydiyyat nişanlı avtomobillə X10 mişar daşlarının tozunu yükləyıb çıxan zaman, mülki geyimdə, heç bir sənəd təqdim etmədən, Samir adlı şəxs onun idarə etdiyi nəqliyyat vasitəsini saxlamış və daha sonra Xəzər RPİ-nin PPX-nin əməkdaşlarını dəvət etmişdir. Xəzər RPİ-nin PPX-nin əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini Xəzər RPİ-nǝ gətirmiş və sənədlərini polis mayoru X3 tahvil vermişlər. Daha sonra polis mayoru Mirravan Ağayev bildirmişdir ki, İdarə rəisinin müavini Elməddin müəllimin göstərişina əsasən sizin maşın saxlanılmışdır. Növbəti gün maşınında olan daş tozunun Xəzər RPİnin DYPŞ-nin həyətinə boşaldılmasını tələb etmişlər. Daş tozunu boşaltdıqdan sonra onun maşınını sərbəst buraxdılar. Daha sonra öyrənmişdir ki, onun barəsində xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli İnzibati xəta haqqında protokol və xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli qərar tərtib edilmiş, lakin həmin sənədlər rəsmi olaraq ona xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Hesab edir ki, barəsində tətbiq edilən Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinin tələblərini pozmamışdır və əməlində inzibati xəta hadisəsi yoxdur. Belə ki, Daş karxanasında qazıntı işlərini karxananın sahibi aparmış, o isə sadəcə olaraq mişar daşlarının qırıntılarını müəyyən məbləğdə pul ödəməklə karxanadan almış və avtomobilinə yükləyib aparmışdır. O, yerin təkindən istifadə qaydalarını pozmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunaraq onun barəsində Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli protokolun və xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında X12 Asim oğlu və onun vəkili X7 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Qərarından şikayət verilən orqana - Bakı şəhəri Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Xəzər RPİ-nin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bilirməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və onun vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmamalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X5 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X13 25 noyabr 2022-ci il tarixdə yerin təkindən istifadə qaydalarını pozmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manatcərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, X13 yerin təkindənistifadə ilə əlaqədar işləri yerinə yetirməmiş və onun tərəfindən yerinə təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələbləri pozulmamışdır. Belə olan halda X8 barəsində tərtib olunmuş Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli Protokol və həmin protokol əsasında onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair və xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli Qərar tamamilə əsassızdır. X8 əməlində inzibati xəta tərkibi olmadığına görə həmin qərarlar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X8 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli Protokol və onun əsasında Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli Qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin olunsun. X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olunmasına dair Bakı şəhəri Xəzər RPİ-nin baş inspektoru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli Protokol və onun əsasında Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli Qərar ləğv edilsin və X8 əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar