Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1216/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş 12 aprel 2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh etmə haqqında qərarın ləğvinə dair verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş 12 aprel 2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh etmə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 12 aprel 2021-ci il tarixdə evdən çıxıb müayinə məqsədilə Sabunçu qəsəbəsində yerləşən xəstəxanaya gedərkən polis əməkdaşları ona yaxınlaşmış, onun qoruyucu maskadan düzgün istifadə etmədiyini bildirmişlər. Halbuki, o, kəskin şizafreniya poroloid xəstəsi olduğunu, polis əməkdaşları yaxınlaşarkən onlarla danışmaq üçün qoruyucu maskanı yalnız burun hissəsindən aşağı endirdiyini bildirmişdir. Polis əməkdaşları buna məhəl məhəl qoymaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 (iki yüz) manat məbləğində cərimə edilmiş və bu barədə EPQ1020484 saylı, 12 aprel 2021-ci il tarixli qərar qəbul edilmişdir. Hesab edir ki, həmin qərarın qəbul edilməsi tamamilə əsassızdır. Odur ki, ona əsassız olaraq yazılmış cərimənin silinməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin nümayəndəsi və X3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini bildirməmişlər. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Sabunçu rayon Polis İdarəsinin 12-cu Polis Şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş 12 aprel 2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh etmə haqqında qərardan görünür ki, X3 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Yeni Ramanı qəsəbəsi Ordubadi küçəsi ərazisində fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 211.3-cü maddəsinə əsasənbu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunur. Məhkəmə qeyd edir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 12 aprel 2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı inzibati qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edilmiş və həmin qərarın ləğvi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X1 həmin qərardan verdiyi şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 oğlunun Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 12 aprel 2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1216/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1216/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver