Məhkəmə qərarları › İş №3(003)-1216/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1216/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1216/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Nərimanov rayon DYPŞ Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında Nərimanov rayon DYPŞ polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayon DYPŞ Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli İXP ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında Nərimanov rayon DYPŞ polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 19:12-də özünə məxsus “Chevrolet Aveo” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nərimanov rayon DYPŞ yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən saxlanılaraq, qırmızı və göy sayrışan işıq siqnalı verən nəqliyyat vasitəsinə yol vermədiyinə görə barəsində protokol tərtib edəcəyini bildirmişdir. Etiraz edərək heç bir qayda pozmadığını, avtomobili idarə edərkən hər zaman diqqətli olduğunu, arxadan hər hansı sayrışan işıqları olan nəqliyyat vasitəsinin gəlmədiyini və ya belə bir nəqliyyat vasitəsinə yol verməmək kimi halın yaşanmadığını bildirdisə də barəsində Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsi ilə protokol tərtib edilərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərarın qəbul edilməsi tamamilə əsassızdır. Odur ki, barəsində çıxarılmış qərar əsassızdır və ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana – Nərimanov rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Nərimanov rayon Polis İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimanov rayon DYPŞ Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında Nərimanov rayon DYPŞ polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixdə xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən nəqliyyat vasitələrinə yol verilməməsinə halına (hallarına) yol verilməsi üçün Azərbaycan Respublikası İXM-nin 331.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 331-ci maddəsinə əsasən xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, X2 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X5 Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsinin tələblərini pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsi ilə təqsirli bilinməsinə dair Nərimanov rayon DYPŞ Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında Nərimanov rayon DYPŞ polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsi ilə təqsirli bilinməsinə dair Nərimanov rayon DYPŞ Yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* inzibati xəta haqqında protokol və həmin protokol əsasında Nərimanov rayon DYPŞ polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar