Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1219/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru X2, Azərbaycan Respublikası Qida X1 sağlamlığı və fitosanitar nəzarəti sektorunun məsləhətçisi X4 iştirakları ilə Şəxs (bundan sonra Şəxs MMC) barəsində Azərbaycan Respublikası Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 447.0.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında qərara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şəxs MMC-nin Rusiya Federasiyasından ölkəyə idxal etdiyi 143000 kq çəkisi olan kartof məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satılması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində bu barədə araşdırılma aparılmış və cinayət tərkibi olmadığından 03 mart 2023-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmiş, hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olduğundan material hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş prokurorluğun cinayət təqibindən kənar icraatlar İdarəsinə göndərilmişdir. Daha sonra Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar İdarəsində araşdırma aparılmış və 30 may 2023-cü il tarixli qərara əsasən hüquqi şəxs Şəxs MMC (hüquqi ünvanı Bakı şəhəri Xəzər rayonu Buzovna ŞTQ Babək ev 27C ünvanında yerləşən (VÖEN – **********)) barəsində Azərbaycan Respublikası İXM 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X1 sağlamlığı və fitosanitar nəzarəti sektorunun məsləhətçisi X5 göstərdi ki, Şəxs MMC-nin Rusiya Federasiyasından ölkəyə idxal etdiyi 143000 kq çəkisi olan kartof məhsullarından nümunələr götürülərək qalan məhsullar həmin MMC-yə saxlanca verilmiş və məhsulların satılmaması barədə xəbərdarlıq edilmişdir. Aparılmış sınağın nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş nümunələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli, 25 saylı əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya epidemioloji qaydalar və normativlərə cavab vermir. Belə ki, qeyd olunan kartof məhsullarında halqavari bakterial çürümə aşkar edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 302 saylı qərarının 2.21.3-cü yarımbəndinə əsasən, qeyd olunan məhsul partiyalarının sertifikatlaşdırılmasından imtina edilmiş və bu barədə idxalçı müəssisəyə məktubla rəsmi məlumat verilmişdir. Lakin Şəxs MMC tərəfindən həmin məhsul sertifikat alınmadan tamamilə satılmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müraciəti əsasında Azərbaycan Respublikası Baş prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində bu barədə araşdırılma aparılmış və cinayət tərkibi olmadığından 03 mart 2023-cü il tarixli qərara əsasən cinayət işinin başlanması rədd edilmiş, hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olduğundan material hüquqi qiymət verilməsindən ötrü aidiyyəti üzrə Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar İdarəsinə göndərilmişdir. Həmin İdarədə araşdırma aparılmış və 30 may 2023-cü il tarixli qərara əsasən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ona görə də Şəxs MMC-nin inzibati qaydada tənbeh edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru X3 Şəxs MMC barəsində tərtib edilmiş materialın məzmununa uyğun izahat verdi və əlavə etdi ki, Şəxs MMC həmin məhsula dair sertifikat alınmasından ötrü müraciət etsə də, müraciətə cavab almadan sözügedən məhsulu satışa çıxarmışdır. Ona görə də Şəxs MMC-nin inzibati qaydada tənbeh edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar İdarəsinin prokurorunun və Azərbaycan Respublikası Qida X1 sağlamlığı və fitosanitar nəzarəti sektorunun məsləhətçisi X4 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür “Yeyinti məhsulları haqqında” Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. “Lisenziyalar və icazələr haqqında” Qanununun 18.5-ci maddəsinə əsasən qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş bu Qanunun 19.10-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 4000,00 (dörd min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1219/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1219/2023
02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver