Məhkəmə qərarları › İş №3(003)-1224/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1224/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1224/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkbərov Tərlan Xanəli oğlu, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, protokol tərtib edən şəxs Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Bakı şəhəri BPİ X5 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 329.3 və 333.1 maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X2 tərəfindən 06 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 avqust 2022-ci il tarixdə işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozduğu üçün saxlanılmışdır. Yoxlama zamanı sürücünün sərxoş halda avtomobili idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verdi və X2 barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etiraz ərizəsi təqdim edərək göstərdi ki, protokol № İXP ******* (İXM 333.1-ci maddəsi) tərtib olunarkən qanunsuzluğa yol verilmişdir. O, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yaxınlığında xx.xx.2022-ci il tarixində **-YP-*** dövlət nömrə nişanlı yol-patrul əməkdaşları tərəfindən saxlanılarkən, yol-patrul əməkdaşı özünü təqdim etmədən və saxlanılma səbəbini bildirmədən ona zor tətbiq edərək avtomobilindən düşürmüşlər. Daha sonra onun sərxoş olduğunu heç bir sübut göstərmədən tərkidlə bildirmişlər. O, öz hüquqlarından istifadə edərək həkim müayinəsindən keçirmələrini tələb etmişdir. Bundan sonra, yol-patrul maşını ilə onu “Nizami” metrosu yaxınlığında yerləşən Respublika Narkoloji Mərkəzinə aparmışlar. Həkim müayinə zamanı ona müayinənin dəqiq nəticəsini bildirmədən onun yol-patrul əməkdaşına az miqdarda içkili olduğunu bildirmişdir. Daha sonra, yol patrul əməkdaşı yenə də sərxoş olduğunu tərkidlə bildirib “Mən necə deyirəm, o formada da yaz” deyərək ona ptotokola izahat yazdırmışlar. Protokolda “həkim müayinəsində olmağıma baxmayaraq müayinəyə getməyə ehtiyac olmadığını, pivə içdiyimi və alkotesterin nəticəsi (az miqdarda) ilə razıyam” deyə qeyd etməli olduğunu bildirmişlər. Daha sonra avtomobilini duracaga qoyub Bakı şəhər BPİ X5 İdarəsində 11-ci otağa yaxınlaşmasını bildirmişlər. O, səhəri gün yenidən həmin həkimin qəbulunda olmuş və həmin müayinə ilə bağlı aktı təqdim etməsini tələb etmişdir. Ona aktda 0.128 Promil qalıq təyin olunduğu bildirilmiş (AKT Nömrə 2/25987), lakin aktın surəti yenə də təqdim edilməmişdir. Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciətindən sonra ona aktın surətini "Respublika Narkoloji Mərkəzi" PHŞ-dən əldə edə biləcəyini demişlər. "Respublika Narkoloji Mərkəzi" X4 tərəfindən təsdiq olunmuş aktın surəti ona təqdim olunmuşdur. Bakı şəhər BPİ DYPİ-dəki 11-ci otaqda Rəşad Nağıyevin qəbulunda olmuş və hadisəni yuxarıda qeyd etiyi kimi izah etmişdir. Buna baxmayaraq, Rəşad Nağıyev ona cəriməni ödəməli olduğunu və sürücülük hüququndan 6 aydan 1 ilədək müddətə məhrum olunacağını bildirmişdir. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol qərəzli şəkildə tərtib edilmişdir, hərəkətlərində inzibati xəta hadisəsi yoxdur. Bütün bunların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib edən şəxsin və Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, iş materiallarında olan 06 avqust 2022-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğununb 0,418 promil olması aşkar edilmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, həmin protokolda Şəxs özü könüllü olaraq öz xətti ilə “həkimə ehtiyac yoxdur, pivə içmişəm, alkotesterin nəticəsi ilə razıyam (yüngül)” sözlərini qeyd etmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri BPİ X5 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhəri BPİ X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar