Məhkəmə qərarları › İş №3(003)-123/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-123/2024

10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-123/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi polis mayoru X3 tərəfindən MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs müraciəti əsasında 3-cü polis şöbəsinin polis kapitanı Nihad Mustafayevdə araşdırma aparlmış və həmin araşdırma hazırda Xəzər rayon prokurorluğundadır. Həmin araşdırma ilə bağlı Şəxs 102 xidmətinə zəng vuraraq Nihad Mustafayev tərəfindən onun müraciətinə baxılmadığını bildirərək Nihad Mustafayevin ünvanına ağır təhqiredici ifadələr işlətmişdir. Bu hadisə 102 xidməti tərəfindən qeydə alınmış və araşdırılması üçün 3-cü Polis şöbəsinə ötürülmüşdür. Bu hadisə ilə bağlı araşdırma aparılması üçün Şəxs Binə qəsəbəsində saxlanıldığı zaman o, polis əməkdaşlarına söyüşlər söymüş, onlarla birlikdə polis şöbəsinə gəlməsi barədə təkliflərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaları qismən etiraf edərək bildirdi ki, 102 xidmətinə zəng vurduğu zaman o sərxoş olmuşdur. Ona görə səhv etmişdir. Təhqiqatçı və sahə rəisi onunla görüşdüyü vaxtı isə söyüş söyməmişdir. Həmin zaman o, heç bir tabesizlik göstərməmişdir. Onun qolunu qandallayaraq gətirib polis şöbəsinə təhvil vermişlər. Polis şöbəsinin içərisində ona qarşı fiziki zorakılıq törədilmiş, onu döymüşlər. Gözünün altı xəsarət almış, burnu qanamışdır. Baş vermiş hadisə ilə bağlı özünü təqsirli bilir və etiraf edir ki, səhv etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vururaq bildirmişdir ki, 37 nömrəli Kəlbəcər rayon orta məktəbinin riyaziyyat müəllimi Araz tərəfindən döyülmüşdür. Bununla bağlı onun tərəfidən araşdırma aparılmış, məktəb müəllimi Arazın izahatı alınmış və müvafiq ekspertiza təyin edilmişdir. Ekspertiza rəy alınandan sonra material aidiyyəti üzrə araşdırma aparılması üçün Xəzər rayon prokurorluğuna göndərilmişdir. Bu barədə qəbul edilmiş qərar Şəxs təqdim edilmiş, həmçinin dəfərlərlə ona qəbul edilmiş qərar izah edilmişdir. xx.xx.2014-cü il tarixdə gecə vaxtı Şəxs 102 xidmətinə zəng vuraraq onun və ailəsi barəsində təhqiredici ifadələr işlətmişdir. Bu gün isə Şəxs yaşadığı ərazi üzrə sahə rəisi ilə birlikdə onunla Binə qəsəbəsində görüşmüşlər. Yenə də Şəxs, ətrafda insanlar olmasına baxmayaraq polis əməkdaşlarına qarşı söyüş söyməyə başlamışdır. Həmin zaman Şəxs polis əməkdaşlarına söyüş söyməyinin düzgün olmadığını izah etmiş, həmçinin oğlunun döyülməsi bağlı tərəfindən qəbul edilmiş qərarın mahiyyətini bir daha izah etmişdir. Buna baxmayaraq Şəxs sakitləşməmiş, polis əməkdaşlarına qarşı söyüş söyməyə davam etmişdir. İzahatında həmçinin bildirdi ki, xx.xx.2024-cü il tarixdə gecə radələrində 102 xidmətinə etdiyi müraciətlə bağlı sahə rəisi ilə birlikdə Şəxs yaşadığı ünvana getmişlər və müvafiq araşdırma aparılması üçün onu polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs onlara tabe olmamış və onlarla birlikdə polis şöbəsinə getməkdən imtina etmişdir. Bu hadisəni görən ətrafda xidmətdə olan X12 Alayının Patrul bölüyünün əməkdaşları onlara yaxınlaşmışlar və Şəxs patrul avtomobilinə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Alayının Patrul bölüyünün polis serjantı X11 ifadəsində bildirmişdir ki, ərazidə xidmət aparan zaman görmüşlər ki, sahə rəisi ilə bir nəfər vətəndaş aqresiv formada danışır. Bununla bağlı onlara yaxınlaşmışlar. Yaxınlaşanda həmin şəxsin polis nəfərlərinə qarşı söyüş söydüyünü eşitmişlər. Bu hadisəni görüb onu nizam intizama dəvət etmişlər. Lakin o sakitləşməmişdir. Polis mayoru Nihad həmin şəxsin polis şöbəsinə aparılmasının təmin edilməsini xahiş etmişdir. Həmin şəxs onlarla birlikdə polis şöbəsinə gəlməkdən imtina etmişdir. Bundan sonra onu əlindən tutub avtomobilə əyləşdirmişlər və gətirib 3-cü polis şöbsinə təhvil vermişlər. İzahatında həmçinin bildirdi ki, hadisə avtodayanacağın yaxınlığında baş vermiş və həmin zaman orada başqa vətəndaşlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Alayının Patrul bölüyünün polis kiçik serjantı X8 ifadəsində bildirmişdir ki, ərazidə xidmət apararkən Şəxs polis əməkdaşlarına qarşı söyüş söydüyü görmüşlər. Buna görə ona yaxınlaşmışlar və nizam intizama dəvət etmişlər. Tabe olmadığına görə isə polis şöbəsinə gətirib təhvil vermişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadələri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən həmin maddələrlə təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Binə qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq polis əməkdaşlarını söyüb təhqir etmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -ƏÇPA-nın 11-ci PB-nün polis nəfərlərinin raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə təxminən 10:30 radələrində xidmət apardıqları Binə südçülük sovxozu ərazisində bir nəfər şəxsin 3-cü polis şöbəsinin əməkdaşlarını təhqir etdiklərini görmüşlər və vətəndaşın polis əməkdaşlarına tabesizlik göstərdiyini görüb kömək etmək məqsədilə onlara yaxınlaşıb həmin vətəndaşı 3-cü polis şöbəsinə gətirmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1984-cü il təvəllüdlü Şəxsdur. -Xəzər RPİ-nin 3-cü PŞ-nin məsul növbətçisi polis mayoru Sənan Məmmədovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 00:48 radələrində DİNnin 102 Z/M-dən daxil olmuş məlumatda Şəxs Elyaz oğlunun oğlu Röyalın müəllim tərəfindən döyülməsi ilə bağlı ərizəsinin alınmaması, 3-cü PŞ-də aparılan araşdırmadan narazı olması və işi araşdıran 3-cü PŞ-nin əməkdaşının ünvanına nalayiq ifadələr işlətməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməs ibaşa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından və şahid ifadələrindən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində yerləşən avtodayanacağın yanında polis əməkdaşlarına qarşı təhqiredici ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etmiş, həmçinin ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının onun 102 xidmətinə etdiyi müraciətlə bağlı araşdırma aparılması üçün polis şöbəsinə getməsi barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə əməlindən peşmançılıq hissi keçirməsini və himayəsində 2 azyaşlı uşağının olmasını iş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona 535.1-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və saxlanıldıqdan sonra təzyiq, təsir, işgəncə və qeyri-insani davranışa məruz qalıb-qalmamasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X6 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar