Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1230/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinin nümayəndəsi X2, Şəxs (bundan sonra mətndə Şəxs MMC) nümayəndəsi X5 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 544.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinin **********22 nömrəli 12 avqust 2021-ci il tarixli qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında qərarını nəzərdə tutulan vaxt keçməsinə baxmayaraq icra etməmişdir. Bununla bağlı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinin aparıcı məsləhətçi X6 tərəfindən 23 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında X3 Bakı Regional Bölməsi nümayəndəsinin X6 protokolun məzmununa uyğun izahat verdi və Şəxs MMC-nin tənbeh edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cəmiyyətin ünvanına malların harada olması barədə məktub göndərilmiş, lakin heç bir cavab verilməmişdir. Sertifikatın ləğv edilməsi haqqında qərar elektron kabinetə yerləşdirilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X8 göstərdi ki, cəmiyyət olaraq ağacların gətirilməsi ilə məşğuldurlar. Onlara bir neçə dəfə telefon vasitəsilə zəng olunaraq müraciət edilmiş, hər dəfə də ödəniş etmişlər. 20 manat ödənişə görə sertifikatları ləğv edilmişdir. Malları satış məqsədilə deyil, müştəriləri üçün gətirmişlər. Həmin malları ölkəyə ilk dəfə gətirdikləri üçün müvafiq prosedurları tam, ətraflı bilməmişlər. Onların ünvanlarına xəbərdarlıq daxil olmamışdır. Onlara bildirilmişdir ki, mallara ünvanda baxsınlar, lakin Agentlikdən heç kim gəlməmişdir. Buna görə də inzibati xəta haqqında protokolun təmin edilməməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. X3 Bakı Regional Bölməsinin və Şəxs MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarına olan 12 avqust 2021-ci il tarixli qərarından surətindən görünür ki, Şəxs MMC 02 aprel 2021-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatları ləğv edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 18.5ci maddəsinə əsasən qanunla tələb olunduğu halda, lisenziyanın verilməsi üçün dövlət rüsumu və icazənin verilməsi üçün dövlət rüsumu və ya ödəniş bu Qanunun 19.10-cu maddəsinin birinci cümləsinə uyğun olaraq, lisenziya və icazə verən orqanın verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı 02 aprel 2021-ci il tarixli İD********** nömrəli müraciət etmişdir. Müraciət X3 Bakı Regional Bölməsi tərəfindən icraya götürülmüş, lakin Cəmiyyət tərəfindən ödənilməli olan dövlət rüsumunu təsdiq edən sənəd lisenziya və icazə verən orqana 5 iş günü ərzində təqdim edilməmişdir. Bundan sonra, dövlət rüsumunun ödənilməsi üçün 28 aprel 2021-ci il tarixdə X1 İnformasiya sistemi üzərindən ərizəçinin şəxsi kabinetinə ödəniş bildirişi göndərilmiş, lakin ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə təqdim edilməmişdir. Bu səbəbdən də X3 Bakı Regional Bölməsinin 12 avqust 2021-ci il il tarixli qərarı ilə Şəxs MMC 02 aprel 2021-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatları ləğv edilmişdir. Buna görə də 23 sentyabr 2021-ci il il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmişdir və bununla da Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1230/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1230/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver