Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1233/2022 22.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxxx 1987-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda fərdi evdə yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 22 avqust 2022-ci il tarixli protokola əsasən Şəxs 17 avqust 2022-ci il tarixdə, saat 22:30-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Mercedes Benz 190» minik markalı, **-VU-*** dövlət nişanlı avtomobillə zərərəçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, fəhləliklə məşğul olur və ayda 150-200 manat gəlirə əldə edir. 17 avqust 2022-ci il tarixdə, saat 22 radələrində «Mercedes Benz 190» minik markalı, **-VU-*** dövlət nişanlı avtomobillə Binə qəsəbəsində hərəkətdə olduğu zaman “Məxməri” çay evinin qarşısında “Kia Ceed” markalı, **-LY-*** dövlət nişanlı avtomobil onu çaşdırdığından həmin avtomobil ilə toqquşmuşdur. Onun avtomobili icbari sığortalanmışdır və digər avtomobilə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Bundan başqa inzibati cəriməni ödəmədiyi üçün onun sürücülük hüququ məhdudlaşdırılmışdır və onun hadisə baş verən bu barədə məlumatı olmamışdır. Əməlindən səmimi peşman olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək məhkəmədən cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 17 avqust 2022-ci il tarixdə, saat 22:30-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Mercedes Benz 190» minik markalı, **-VU-*** dövlət nişanlı avtomobillə zərərəçəkmiş şəxsə maddi zərər vurmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ailəyə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində həbs tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1233/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1233/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver