Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1235/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 və onun vəkili X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, MN seriyalı ******* nömrəli protokolun etibarsız hesab edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 16 avqust 2022-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 4143 ACTROS” yük markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Türkan daş karxanasından mişar daşlarının qırıntılarını yükləyib çıxan zaman iki nəfər yaxınlaşıb heç bir sənəd təqdim etmədən özünü Xəzər RPİ-nin CAŞ-nin əməkdaşı kimi təqdim edərək Post patrul əməkdaşını çağırıb onun avtomobilini Xəzər RPİ-nə aparmışlar. Orada onun maşınını polis mayoru X3 təhvil verərək Xəzər RPİ-nin qarşısında avtomobilinin fotoşəklini çəkmişlər. Mirrəvan Ağayev onun barəsində inzibati xəta haqqında protokol tərtib etsə da, protokolun surətini ona təqdim etməmişdir. İki gün sonra mobil telefonuna 1500 manat cərimə olunmağı barədə SMS daxil olmuşdur. Bundan sonra çox çətinliklə Xəzər RPİ-dən protokolun surətini almış, lakin qərarın surətini ala bilməmişdir. Qərarın surəti ilə məhkəmədə tanış olmuşdur. Daş karxanasında qazıntı işlərini karxananın sahibi aparmış, o isə sadəcə mişar daşlarının qırıntılarını avtomobilinə yükləyib aparmışdır. O, yerin təkindən istifadə qaydalarını pozmamışdır. Hesab edir ki, həmin qərarın qəbul edilməsi tamamilə əsassızdır. Odur ki, barəsində çıxarılmış qərar əsassızdır və ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X11 və onun vəkili X8 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Qərarından şikayət verilən orqana – Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin Xəzər RPİ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İşə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin və onun vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X5 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 16 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X11 16 avqust 2022-ci il tarixdə yerin təkindən istifadə qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 16 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 243.0.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, X7 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X11 yerin təkindən istifadə ilə əlaqədar işləri yerinə yetirməmiş və onun tərəfindən yerinə təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələblərini pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 tərəfindən Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X7 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X11 MN seriyalı ******* nömrəli, 16 avqust 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada almadığından, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53.0.1, 105.1, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X7 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1235/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1235/2022
09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver