Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-124/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi Nümayəndə, Şəxs MMC-nin direktoru X1 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00800-008/22 nömrəli, 14 yanvar 2022-ci il tarixli protokola əsasən Şəxs MMC gömrük ödənişlərini (borcunu) ödəməkdən az miqdarda yayınmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, Şəxs MMCnin ünvanına X2 fəaliyyət göstərən «XLT X5 X6» şirkəti tərəfindən ********** nömrəli aviaqaimə əsasında göndərilən 4 yerdən ibarət, ümumi gömrük dəyəri 53035,77 manat təşkil edən «çörəkbişirmə sobaları (Sökülmüş halda)» adlı yüklər Şəxs MMC tərəfindən **********6052 sorğu nömərli gömrük bəyannaməsi əsasında sərbəst dövriyyə üçün buraxılmışdır. Sözügedən yüklər 841720 9000 XİFMN kodu üzrə bəyan edilmiş və nəticədə 0% idxal gömrük rüsumu ilə sərbəst dövriyyəyə buraxılmışdır. Daha sonra aparılan araşdırma zamanı «XLT X5 X6» şirkəti tərəfindən "xxxx" MMC-nin ünvanına göndərilən eyni yüklər 06 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş **********3646 sorğu nömrəi gömrük bəyannaməsi ilə bəyan edilmiş və həmin yükə dair gömrük ekspertizası keçrilmişdir. Gömrük ekspertizasının nəticəsinə uyğun olaraq həmin yükün 841981 8000 XİFMN kodu üzrə rəsmiləşdirilməli olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC-nin **********6052 sorğu nömərli gömrük bəyannaməsi üzrə ümumilikdə 9387,33 manat gömrük ödənişindən yayındığı məlum olmuşdur. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 00800-008/22 nömrəli, 14 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs MMC-nin cərimə olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin direktoru X3 göstərdi ki, Şəxs MMC-nin ünvanına X2 fəaliyyət göstərən «XLT X5 X6» şirkəti tərəfindən ümumi gömrük dəyəri 53035,77 manat təşkil edən «çörəkbişirmə sobaları (Sökülmüş halda)» göndərilmişdir. Onlar «XLT X5 X6» şirkətinin invoysunda göstərilmiş 841720 nömrəli kodu 26 oktyabr 2020-ci il tarixli bəyannamədə qeyd etmişlər və həmin mallar 0% idxal gömrük rüsumu ilə rəsmiləşdirilmişdir. Onlar tərəfindən heç bir pozuntuya yol verilməmişdir. İnzibati xəta tərkibi olmadığından Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş «XLT X5 X6» şirkəti tərəfindən verilmiş invoysdan görünür ki, «çörəkbişirmə sobaları (Sökülmüş halda)» adlı yüklərin ümumi dəyəri 26187,01 ABŞ dolları təşkil edir. Kod isə 841720 nömrəli göstərilmişdir. İş materiallarına əlavə edilmiş 26 oktyabr 2020-ci il tarixli, **********6052 nömərli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına «XLT X5 X6» şirkəti tərəfindən göndərilmiş ümumi gömrük dəyəri 53035,77 manat təşkil edən «çörəkbişirmə sobaları (Sökülmüş halda)» adlı yüklər bəyan edilmişdir. Malın kodu olaraq 841720 göstərilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs MMC-nin ünvanına X2 fəaliyyət göstərən «XLT X5 X6» şirkəti tərəfindən göndərilən 4 yerdən ibarət, ümumi gömrük dəyəri 53035,77 manat təşkil edən «çörəkbişirmə sobaları (Sökülmüş halda)» adlı yüklər Şəxs MMC tərəfindən **********6052 sorğu nömərli gömrük bəyannaməsi əsasında rəsmiləşdirilmişdir. Bəyannamədə malın kodu olaraq «XLT X5 X6» şirkəti tərəfindən verilmiş invoysda qeyd edilmiş 841720 göstərilmiş və həmin mallar 0% idxal gömrük rüsumu ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi Şəxs MMC gömrük ödənişlərini (borcunu) ödəməkdən az miqdarda yayınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-124/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-124/2022
09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver