Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-124/2024 11.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Zərərçəmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsin iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, S.Rüstəm adına X6 gimnaziyada müəllim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-530/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmasına edilən maneələr Şəxs qadağan edilməklə mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 11:00-dan saat 14:00-dək ünsiyyətdə olması müəyyən edilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə rəsmi qaydada icraata başlamaq və tələbin könüllü icrası haqqında bildiriş Şəxs təqdim edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə rəsmi olaraq Şəxs ünvanına uşaqla görüş barədə bildiriş göndərilməsinə baxmayaraq o, təyin olunmuş vaxtda gəlməmiş və telefon vasitəsilə uşaqla görüş üçün gəlməyəcəyini bildirmişdir. Bundan sonra Xəzər rayon Məhkəməsinə onun məcburi gətirilməsi barədə təqdimatla müraciət olunmuş, təqdimat təmin edilmişdir. Bu gün isə polis vasitəsilə o icra şöbəsinə gətirilmişdir. İzahatında isə uşağının xəstə olmasını bildirərək görüşün baş tutmasının mümkün olmamasını bildirmişdir. Lakin hal-hazıradək bu barədə heçnə deməmiş, sadəcə görüşə gəlməkdən imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin yekun məhkəmə aktı əsasında verilmiş icra sənədi isə bu gün icra şöbəsinə daxil olmuşdur. Həmçinin bildirmişdir ki, Şəxs müəllimədir, saat 14:00-a kimi dərsdə olur, daha sonra əlavə dərslər keçirir, uşaqları isə bağçaya qoymuşdur. O, icra şöbəsinə gəlmədiyinə görə işlədiyi məktəbin direktorunun yanında olmuş, Şəxs icra şöbəsinə gəlməsində köməklik göstərməsini xahiş etmişdir. Hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 2022-ci ildə uşaq sudurqa geçirmişdir. Bununla bağlı uşağın atasının məlumatı var. Bu barədə icra məmuruna da şifahi qaydada bildirmişdir. Uşağın müayinələri nəticəsində müəyyən olunmuşdur ki, ana bətnində şiddət nəticəsində travma almışdır. Uşaq yenidən qıc olmağa meyillidir və uşaq köhnə hadisələri yadına salsa, həyacan keçirsə qıc olması baş verə bilər. Uşaq psixoloqun müayinəsində olduğundan görüşə gətirməmişdir. Uşaq, hətta atasının avtomobilini görəndə panik keçirir. Onun bu vəziyyətinə görə, uşaq özü istəmədiyinə görə görüş baş tutması mümkün deyil. Digər uşaq isə körpədir, 3 yaşı yoxdur və o atasını heç tanımır. O da xəstədir, ona görə onu da görüşə gətirməmişdir. Uşaqların xəstəliyi ilə bağlı sənədlər isə hazırda təqdim edə bilmir. Lakin həmin sənədlər uşaqların müayinədən keçdiyi tibb mərkəzində mövcuddur. Əvvəllər Zərərçəkmiş şəxs uşaqlarla görüş üçün yaşadığı evdə şərait yaratmış, lakin son görüşdə ona qarşı şiddət göstərdiyinə görə görüşə icazə verməmişdir. İzahatında həmçinin bildirdi ki, Zərərçəkmiş şəxs, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin yanvar ayınadək uşaqları görməmişdir. Uşaqlarının xəstə olmasını nəzərə alaraq barəsində qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2023cü ilin oktyabr ayından 2024-cü ilin yanvar ayından uşaqlarını görmür. Uşaqları 2022-ci ildə görmüşdür. Uşaqları görəmək üçün gedəndə onun barəsində polis şöbəsinə zəng vurara şikayət etmişlər, evlərində görüşməyə isə maneçilik törədilmişdir. Telefon zənglərinə isə cavab verilmir. Hazırda Şəxs barəsində tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 16(103)-530/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmasına edilən maneələr Şəxs qadağan edilməklə mübahisənin həllinədək müvəqqəti olaraq hər həftənin şənbə günü saat 11:00-dan saat 14:00-dək ünsiyyətdə olması müəyyən edilməlidir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1675/2023 nömrəli qətnaməsi dəyişdirilərək Zərərçəkmiş şəxs xx.xx.2017-ci il təvəllüdlü X5 və 28.xx.xx.2021ci il təvəllüdlü X3 ilə hər həftənin bazar günləri saat 11:00-dan 19:00-dək sərbəst şəkildə ünsiyyətdə olma vaxtı müəyyən edilməldir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, icra sənədi barədə Şəxs məlumatı olmuş, ondan icra məmuru tərəfindən həmin icra sənədinin yerinə yetirilməsi tələb olunmuş, lakin o, icra sənəddəki tələbi yerinə yetirməmişdir. İşin müəyyən edilmiş hallarından isə görünür ki, icra sənəddəki tələbin icra edilməməsi, yəni Zərərçəkmiş şəxs uşaqları ilə görüşməsinin təmin edilməməsi üçün üzrlü səbəbi olmamışdır. Uşaqlarla atalarının görüşməsinin mümkün olmamasına dəlili isə uşaqlarının səhətində problemlərin olmasından ibarətdir ki, məhkəmə, həmin dəlili əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs, uşaqların doğma ataları olmaqla bir valideyn kimi, onların anaları Şəxs ilə eyni hüquq və vəzifəyə malikdir və uşaqların mənafeyinə uyğun olmayan hər hansı bir ciddi səbəb isə işə baxılmasını zamanı müəyyən edilməmişdir. Bununla da məhkəmə nəticəyə gələrək qeyd edir ki, Şəxs icra sənədindəki tələbin icra etməməsinə səbəb onun Zərərçəkmiş şəxs arasında olan gərgin münasibətlərin irəli gəlir. Bu halın isə Zərərçəkmiş şəxs öz uşaqları ilə görüşünü istisna edən hal kimi qəbul edilməsi yol verilməzdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-530/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin verilməsinə əsas olmuş iş üzrə artıq yekun məhkəmə aktı qəbul edilsə də həmin icra sənədindəki tələb üzrsüz səbəbdən Şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxsnn hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq, onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqəsdəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-124/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-124/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver