Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1241/2022 07.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X2, protokol tərtib edən şəxs Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru Qanuni nümayəndə iştirakları ilə X2 Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin baş inspektoru Qanuni nümayəndə tərtib etdiyi MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək göstərdi ki, 17 avqust 2022-ci il tarixdə, saat 11-12 radələrində yaşadığı Zirə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evində olarkən Xəzər RPİ-nin post patrul xidmətinin 3 əməkdaşı onu çağıraraq özünə məxsus “Kamaz” yük markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər RPİ-nə aparmışlar. Orada onun maşınını polis mayoru Qanuni nümayəndə təhvil vermişlər. Qanuni nümayəndə qaiməsiz daş tozu satdığını bildirərək onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Sonradan onun mobil telefonuna 1500 manat cərimə olunmağı barədə SMS daxil olmuşdur. Lakin qərarın surəti ona verilməmiş, qərarın surəti ilə məhkəmədə tanış olmuşdur. Daş karxanasında qazıntı işlərini karxananın sahibi aparmış, o isə sadəcə mişar daşlarının qırıntılarını avtomobilinə yükləyib aparmışdır. O, yerin təkindən istifadə qaydalarını pozmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunaraq Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş etdi. Məhkəmə iclasında protokol tərtib edən şəxs Qanuni nümayəndə bildirdi ki, Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru vəzifəsində işləyir. 17 avqust 2022-ci il tarixdə xidmətdə olduğu vaxt mişar daşlarının qırıntıları yüklənmiş “Kamaz” yük markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil Xəzər RPİ-nin inzibati binasının həyətinə gətirilmişdir. Kamera görüntülərinə baxış keçirilmiş və daş qırıntıları ilə bağlı hər hansı müqavilə, qəbz olmadığından X2 barəsində MN seriyalı ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ-nin İctimai təhlükəsizlik şöbəsinin polis sahə inspektorlarının işinin təşkili üzrə baş inspektoru Qanuni nümayəndə tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X3 17 avqust 2022-ci il tarixdə yerin təkindən istifadə qaydalarını pozmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, X3 yerin təkindən istifadə ilə əlaqədar işləri yerinə yetirməmiş və onun tərəfindən yerinə təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların tələbləri pozulmamışdır. Belə olan halda X3 oğlunun barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır. Ona görə də, X2 əməlində inzibati xəta tərkibi olmadığına görə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığına görə Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X3 MN seriyalı ******* nömrəli, 17 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada almadığından qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə olunmasına dair Bakı şəhəri Xəzər RPİ-nin xidmət üzrə rəis müavini X1 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 17 avqust 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X2 əməlində inzibati xəta tərkibi olmadığına görə ləğv edilsin və inzibati xəta haqqında işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1241/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1241/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver