Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1242/2022 14.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Zərərçəkmiş şəxs1 iştirakları ilə Şəxs xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, «Sea breeze» istirahət mərkəzində inzibatçı vəzifəsində işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 18 avqust 2022-ci il tarixli protokola əsasən Şəxs 11 avqust 2022-ci il tarixdə, saat 10:22-də idarə etdiyi «Chevrolet Cruze» minik markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Ruhan Adilbəyli tərəfindən 13 avqust 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 11 avqust 2022-ci il tarixdə, saat 10 radələrində idarə etdiyi «Chevrolet Cruze» minik markalı, **-VE-*** dövlət nömrə nişanlı avtomobillə Buzovna qəsəbəsindən Mərdəkan qəsəbəsində yerləşən Zəfəran aptekə tərəf getmişdir. Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində Ələsgərin marketinin qarşısına çatan zaman yolun boş olduğunu görüb avtomobilin sürətini artırmışdır. Birdən qarşısında «Nissan» markalı avtomobilin dayandığını görmüş və o, idarə etdiyi avtomobili saxlaya bilməyərək həmin avtomobili arxa hissədən vurmuşdur. Həmin avtomobil də, qarşıda dayanmış «VAZ 2107» markalı avtomobilə dəymişdir. Hadisə nəticəsində «Nissan» markalı avtomobilin sürücüsü xəsarət almış və hadisə yerinə gələn təcili tibbi yardım həmin sürücüyə ilkin tibbi yardım göstərmişdir. Hadisə nəticəsində avtomobillərə dəymiş ziyan sığorta şirkyəti tərəfindən qarşılanacaqdır. Törətdiyi əməldən peşman olduğunu, ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, 11 avqust 2022-ci il tarixdə, saat 10:20 radələrində idarə etdiyi «VAZ 2107» minik markalı, **-DF-*** dövlət nömrə nişanlı avtomobillə Mərdəkan qəsəbəsindən Şüvəlan qəsəbəsi istiqamətində hərəkət etmişdir. Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində Ələsgərin marketinin qarşısına çatan zaman qarşısında «VAZ 2106» markalı avtomobilin dayandığını görüb avtomobilini dayandırmışdır. Həmin vaxt avtomobilinə başqa avtomobilin çırpıldığını hissə etmişdir. Hadisə zamanı özü xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Bu günədək avtomobili düzəlməmişdir və dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi ilə bağlı sənədləşmə işləri aparılır. Şəxs qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 və Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 və Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmişlər. Xəzər RPİnin nümayəndəsi gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs2 isə məhkəməyə elektron ərizə göndərərək hadisə ilə bağlı heç kimdən şikayətçi olmadığını bildirmiş və bakı şəhərində olmadığı üçün məhkəmə prosesinə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 11 avqust 2022-ci il tarixli, 1034 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli xəsarət almışdır və törənmə müddətləri 11 avqust 2022-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1242/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1242/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver