Məhkəmə qərarları › İş №3(003)-1259/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1259/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1259/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, protokol tərtib edən şəxs Xəzər rayon Polis İdarəsi Dövlət X6 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X2, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) nümayəndəsi X1 iştirakları ilə, "xxxx" QSC barəsində Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdim: "xxxx" QSC mülkiyyətində və ya istifadəsində olan “MAZ 5334 TZA 7.5 Yana” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana bu barədə sorğusu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verilməmişdir. Bu barədə Xəzər RPİ DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında 16 avqust 2022-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib edən şəxs Xəzər rayon Polis İdarəsi Dövlət X6 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X4 göstərdi ki, "xxxx" MMC mülkiyyətində və ya istifadəsində olan “MAZ 5334 TZA 7.5 Yana” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi bildirilsə də cəmiyyət tərəfindən həmin nəqliyyat vasitəsinin 2015-ci ildən yararsız halda olması və hal-hazıradək istismar edilmədiyi, həmçinin, nəqliyyat vasitəsinin arxa qeydiyyat nışanının 2014-cü ildə itməsi ilə bağlı cavab verilmişdir. Bunları nəzərə alaraq, "xxxx" QSC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi və bununla bağlı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X3 etiraz ərizəsi təqdim edərək göstərdi ki, Bakı şəhər Xəzər rayon Dövlət X6 AR İXM-nin 339.1-1. maddəsində (Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) nəzərdə tutlmuş inzibati xətanı törətmiş **-AC-*** dövlət nömrə nişanlı “MAZ 5334 TZA 7.5” markalı xüsusi yanacaq daşıyan avtomobili idarə etmiş şəxsə dair məlumat vermədiyinə görə AR İXM-in Maddə 347-ci maddəsinə (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) uyğun olaraq “Azərbaycan Hava Yolları QSC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsasında qərar çıxarılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməndə icraat başlanmışdır (İş № 3(003)-1258/2022). Bakı şəhər Xəzər rayon Dövlət X6 inzibati xəta haqqında protokolunu əsassız sayırlar, belə ki, AR İXM-in Maddə 347-ci maddəsinin dispozisiyası hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyəti özündə ehtiva edir. Bakı şəhər Xəzər rayon Dövlət X6 əsəs götürdüyü “cavablandırılmayan” bildirişi 09 avqust 2022-ci ildə "xxxx" QSC-yə xidmət göstərən AZ1056 nömrəli poçt şöbəsinə daxil olmuşdur (bildirişin zərfi əlavə olunur). Müəssisə həmin bildirişə 12 avqust 2022-ci ildə 11/3487 nömrəli məktubla, müəyyən edilmiş 5 günlük müddəti buraxmadan, ətraflı cavabı göndərmişdir (poçt qəbzi və bildirişə cavab əlavə olunur). Verilmiş cavabla bildirişdə qeyd edilmiş "xxxx" QSC-yə məxsus **- AC-*** dövlət nömrə nişanlı “MAZ 5334 TZA 7.5” markalı xüsusi yanacaq daşıyan avtomobilin hesabdan (balansdan) silindiyinə görə 2015-ci ildən istismar edilmədiyi Bakı şəhər Xəzər rayon Dövlət X6 diqqətinə çatdırılmışdır. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib edən şəxsin və "xxxx" QSC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan DİN-nin DYP web portalından çıxarılmış sənəddən və xəbərnamənin surətlərindən görünür ki, fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqana təqdim edilməsi barədə sorğu "xxxx" QSC-nə göndərilərək çatdırılmışdır. Məhkəmədə müəyyən olundu ki, "xxxx" QSC fiziki şəxs haqqında məlumatı qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə təqdim etməmişdir. Belə ki , "xxxx" MMC mülkiyyətində və ya istifadəsində olan “MAZ 5334 TZA 7.5 Yana” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi bildirilsə də cəmiyyət tərəfindən həmin nəqliyyat vasitəsinin 2015-ci ildən yararsız halda olması və hal-hazıradək istismar edilmədiyi, həmçinin, nəqliyyat vasitəsinin arxa qeydiyyat nışanının 2014-cü ildə itməsi ilə bağlı cavab verilmişdir. Həmçinin, iş materiallarında olan DİN-nin DYP web portalından çıxarılmış fotoşəkildən görünür ki, **-AC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 03 avqust 2022-ci il tarixdə saat 07:07 radələrində QİS-Şamaxı T.M yanında hərəkətdə olan zaman fotosu çəkilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirildiyindən, "xxxx" QSC həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq "xxxx" QSC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" QSC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar