Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-126/2022 19.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, 1 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən tərtib olunmuş 19 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov göstərdi ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq Şəxs hər ay 93 manat olmaqla sabit pul məbləğində alimentin, X3 3 yaşına çatanadək Şəxs hər ay 50 manat məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir.İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2013-cü il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır.Borclu dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və o, izahatlarında maddi imkansızlığa görə borcu ödəyə bilmədiyini qeyd etmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı iləŞəxszərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Borclu Şəxs 2021-ci ilin maydekabr aylarında aliment borcundan cəmi 290 manat ödəniş etmiş və hal-hazırda 3433 manat borcu qalmışdır.Borclu Şəxs sonradan icra şöbəsinə gəlmədiyinə görəXəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı iləbarəsindəməcburi gətirilmə barədə qərar qəbul edilmişdir.Borclu Şəxs bu gün saat 10:00-da icra şöbəsinə gəlmişdir.Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, pandemiya səbəbindən uzun müddət işsiz qalmışdır. Sonradan atası vəfat etmiş və borca girmişdir. Bu səbəbdən də alimenti ödəyə bilməmişdir. Hazırda 2 aydır ki, işə düzəlmiş və 450 manat əmək haqqı alır. Bundan sonra hər ay tələbkara 150-200 manat aliment ödəyəcəkdir. Barəsindəədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 göstərdi ki, borclu bu günə kimi müxtəlif bəhanələr edərək alimenti ödəməkdən yayınır.O, alimentin tam olaraqödənilməsini tələb edərək borcluŞəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq Şəxs hər ay 93 manat olmaqla sabit pul məbləğində alimentin, X3 3 yaşına çatanadək Şəxs hər ay 50 manat məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2013-cü il tarixli qərardan görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki,Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, borclu Şəxs Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Xəzər rayon icra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini tam olaraq heç bir üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədi üzrə olan borcu 3433 manat təşkil edir.O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində məcburi gətirilmə qərarları qəbul edilmişdir. Bununla da, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixə saat 10:00-da Xəzər rayon icra şöbəsinə gəlmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli saxlanıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 19 yanvar 2022-ci il tarixdən, saat 10:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-126/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-126/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver