Məhkəmə qərarları › İş №3(003)-1263/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1263/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1263/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətindən daxil olmuş 15 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin 08 may 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində alınmış icazənin şərtlərinə əməl etmədən kommunikasiya xətti (su xətti) çəkməklə yol hərəkəti təhlükəsizlik qaydalarını pozmuşdur. Bununla da, hüquqi şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətinin nümayəndəsi Nümayəndə 15 may 2025-ci il tarixli MN ******* saylı nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 08 may 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində alınmış icazənin şərtlərinə əməl etmədən kommunikasiya xətti (su xətti) çəkməklə yol hərəkəti təhlükəsizlik qaydaları pozulmuşdur. Belə ki, qazıntı işlərinə yolun qismən bağlanılması üçün Bakı şəhəri İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı alınmalı, qazıntı işləri “X1 Xidməti” phş-nın nümayəndələrinin nəzarəti altında həyata keçirilməli, qazıntı-bərpa işlərinə başlanmasının və yekunlaşmasınının tarixləri dövlət qurumları ilə razılaşdırılmalı, su xəttinin çəkiliş zamanı qüvvədə olan “İnşaat norma və qaydalarına” əməl edilməklə aparılmalıdır. Lakin, Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxs tərəfindən heç bir qaydalara əməl edilmədən bu işlər aparılmışdır. Eyni zamanda tikinti işləri aparılan ərazidə heç hasarlanma işləridə aparlmamış, qazıntı aparılmış hissədən çıxan qrunt suları xüsusi pompaları vasitəsi ilə çəkilməmiş və həmin çirkab avtomobil yolunun digər sahələri axıdılmasına şərait yaradaraq avtomobil yolunun vaxtından əvvəl sıradan çıxmasına şərait yaratmışdır. Odur ki, o, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin nümayəndəsi X4 izahatında bildirmişdir ki, hüquqi şəxsin barəsində tərtib edilmiş protokol əsassızdır. Belə ki, 02 aprel 2025-ci il tarixdə onlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətinə məlumat vermiş və bu barədə razılıq istəmişlər. Təmsil etdikləri hüquqi şəxsin barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını dinləyib hesab edir ki, protokol əsaslı olduğundan hüquqi şəxs Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X1 Xidmətindən daxil olmuş 15 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin 08 may 2025-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində alınmış icazənin şərtlərinə əməl etmədən kommunikasiya xətti (su xətti) çəkməklə yol hərəkəti təhlükəsizlik qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş 08 may 2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində alınmış icazənin şərtlərinə əməl etmədən kommunikasiya xətti (su xətti) çəkməklə yol hərəkəti təhlükəsizlik qaydalarını pozmuş. Belə ki, qazıntı işlərinə yolun qismən bağlanılması üçün Bakı şəhəri İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı alınmamış, qazıntı işləri “X1 Xidməti” phşnın nümayəndələrinin nəzarəti altında həyata keçirilməmiş qazıntı-bərpa işlərinə başlanmasının və yekunlaşmasınının tarixləri dövlət qurumları ilə razılaşdırılmamış, su xəttinin çəkiliş zamanı qüvvədə olan “İnşaat norma və qaydalarına” əməl edilməklə aparılmamışdır. . Eyni zamanda tikinti işləri aparılan ərazidə heç hasarlanma işləridə aparılmamış, qazıntı aparılmış hissədən çıxan qrunt suları xüsusi pompaları vasitəsi ilə çəkilməmiş və həmin çirkab avtomobil yolunun digər sahələri axıdılmasına şərait yaradaraq avtomobil yolunun vaxtından əvvəl sıradan çıxmasına şərait yaratmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 354.0.2-ci maddəsinə əsasən 354.0.2. geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə görə- fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın hüquqi şəxs Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tərtib edilmiş aktı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin çıxışını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar 354.0.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclası zamanı təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxs barəsində tərtib edilmiş protokolu təkzib edən heç bir sənədlər hüquqi şəxs tərəfindən təqdim edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxs nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Dövlət Su X2 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar