Məhkəmə qərarları › İş №3(003)-1265/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1265/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1265/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Zərərçəkmiş şəxs2, Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Şərur rayonunda doğulmuş, evli, himayəsində 3 azyaşlı uşağı olan, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2alan 3, ev 12-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X3 Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, “Daewoo” markalı avtobusun sürücüsüdür. Hadisə xx.xx.2024-cü il tarixdə Buzovna qsəbəsində baş vermişdir. Onun idarə etdiyi avtobus “Vita” markalı avotomobilə arxadan dəymişdir. Fikri yayındığından hadisə baş vermişdir. Zərəçəkmiş şəxslər “Vita” markalı avtombildə olmuşlar. Onun idarə etdiyi avtobusda olan sərnişinlərdən xəsarət alan olmamışdır. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alaraq barəsində cərimə növündə inzbati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, ona dəymiş ziyan barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs tərəfindən ödənilmiş, onlar barışmışlar. Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən Şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və iş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və iş üzrə Zərərçəkmiş şəxs1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilin sərnişini X1 Az Ağır dərəcəli bədən xəsarətləri alması faktına görə, “Daevvoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə zərərçəkmişlər “Mersedes Vito” markalı avtomobilin sürücüsü Dilqəm Nizaməddin oğlunun Yüngül dərəcəli bədən xəsarəti alması və avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 Yüngül bədən xəsarətləri alması faktına görə aparılan araşdırma zamanı “Daevvoo” markalı 10-Т6-815 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs əməlində isə AR İXM-nin 327.8-ci maddəsinin tərkibinin yarandığından, sürücü Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə toplanmış material Xəzər RPİ-nin X6 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, aparılmış təhqiqat araşdırması zamanı alınmış izahatlardan müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu ərazisində, Mərkəz Şəhər istiqamətindən, Bilgəh qəsəbəsi istiqamətində gedən yolun, Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində sürücü Şəxs idarə ediyi 171 saylı marşurut xətdi ilə işləyən “Daevvoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus, bir qədər qarşıda hərəkət edən sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes Vito” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına çırpılması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Daevvoo” markalı 10-Т6-815 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğunsuzluq olmaqla sürücü Şəxs yol nəqliyyat hadisəsi törətmişdir. -Xəzər RPİ-nin DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə protokol tərtib edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 190 nömrəli ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, alın nahiyyəsinin əzilmiş yarası, sol baldırın sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X5” Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddirlər. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 192 nömrəli ekspert rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan boynun və sağ diz oynağının yumşaq toxumalarının əzilməsi, sağ dizin qançırı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddirlər. -Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8/711 nömrəli ekspert rəyindən görünür ki, “Daewoo BS090” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin araşdırılmış hallarından müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Şəxs idarə ediyi “Daevvoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus ilə bir qədər qarşıda hərəkət edən sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mersedes Vito” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olması səbəbindən baş vermişdir. Həmçinin baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri almışlar. Bununla da Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 3 azyaşlı uşağının olmasını məhkəmə, məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Qeyd olunanlara əsasən məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar