Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1271/2022 07.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1981-ci ildə Tərtər rayonunun Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, 2 uşağı olan, “RİAD” mühafizə xidmətində mühafizəçi işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Tərtər rayonunun Düyərli kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, döngə 5, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 24 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 27 mart 2018-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu Şəxs icra məmurunun çağırışlarına gəlmədiyinə görə barəsində axtarış qərarları qəbul edilmişdir. Qeyd olunan alimenti ödəmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə işin icraatına xitam verilmişdir. Borclu Şəxs sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 300 manat məbləğində ödəniş etmiş və hazırda onun borcu 4650 manat təşkil edir. Həmin borc bank çıxarışlarına əsasən hesablanmışdır. Ümumi borcdan 1500 manat ödəniş etmək üçün məhkəmə tərəfindən ona vaxt verilmiş, lakin bu müddət ərzində borclu tərəfindən cəmi 400 manat ödəniş edilmişdir. Tələbkar isə borcun tam olaraq ödənilməsini tələb edir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərdi ki, əvvəllər ödənişlər etmiş, yayınmamışdır. Sonra bir müddət işləmədiyinə görə alimenti ödəyə bilməmiş və borc yaranmışdır. Lakin aliment borcu icra məmuru tərəfindən düzgün hesablanmamışdır. Belə ki, qızı Nübar 9 ay, oğlu İsmayıl isə 2 ay onun yanında qalmışlar. Buna baxmayaraq icra məmuru bunu nəzərə almamışdır. Onun borcu 4650 manat deyil, 2400 manat təşkil edir. Hazırda “RİAD” mühafizə xidmətində işləyir, lakin 3 aydır ki, əmək haqqı ala bilmir. Məhkəmə tərəfindən aliment borcundan 1500 manat məbləğində ödəniş etməsi üçün vaxt verilmiş, lakin bu müddət ərzində o, cəmi 400 manat məbləğində ödəniş etmişdir. Əməlində inzibati xəta tərkibi olmadığını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəkili Vəkil göstərdi ki, Şəxs aliment borcu düzgün hesablanmamışdır. Onun cəmi 2400 manat borcu vardır. Belə ki, birgə nikahlarından olan qızı Nübar 1 il ərzində, oğlu İsmayıl isə 2 ay ərzində atalarının yanında qalmışlar. Bundan başqa, inzibati xəta haqqında protokol məhkəməyə daxil olarkən yetkinlik yaşına çatmış Nübar Əliyevanın saxlanılması üçün aliment hesablanmışdır. Şəxs heç vaxt aliment ödəməkdən yayınmamış və mütəmadi olaraq ödənişlər etmişdir. Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə xitam verilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, birgə nikahlarından olan iki uşaqları onun himayəsindədirlər, hər ikisində skolioz xəstəliyi var. Özü 250 manat əmək haqqı alır, uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Borclu Şəxs isə aliment ödəmir və 4650 manat borcu yaranmışdır. Şəxs vəkili tərəfindən təqdim edilmiş Buzovna qəsəbə Nümayəndəliyinin arayışı düzgün tərtib edilməmişdir. Belə ki, müharibə vaxtı Tərtər rayonunda yaşadıqlarına görə uşaqlar ay yarım Bakı şəhərində atalarının yanında yaşamışlar. Borcundan 1500 manat ödəməsi üçün məhkəmə tərəfindən Şəxs vaxt verilməsinə baxmayaraq o, cəmi 400 manat ödəniş etmişdir. Borclu qəsdən müxtəlif bəhanələr edərək borcu ödəməkdən yayınır. Ona görə də borclunun həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, 27 mart 2018-ci il tarixdən başlayaraq xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan Tərtər rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Xəzər rayon İcra şöbəsinin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli qərarlarından görünür ki, Şəxs barəsində axtarış qərarları qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528-ci maddəsi ilə təqsirli bilinən Şəxs məhkəmə baxışı zamanı 1000 manat ödəniş etdiyinə görə iş üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, aliment borcundan 1500 manat məbləğində ödəniş etməsi, sonradan da hər ay vaxtıvaxtında aliment ödəməsi üçün məhkəmə tərəfindən ona 10 gün vaxt verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş tələbkar Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şəxs aliment borcundan 1500 manat məbləğində ödəniş etməsi, sonradan da hər ay vaxtı-vaxtında 200 manat olmaqla alimenti ödəməsi üçün məhkəmə tərəfindən ona 10 gün vaxt verilməsinə etiraz etməmişdir. İş materiallarında olan Xəzər rayon İHB-nın Buzovna qəsəbə Nümayəndəliyinin 1418 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2010-cu il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəxs yaşadığı evdə qeydiyyatsız yaşamışlar. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədi üzrə olan borcu 4650 manat təşkil edir. 1500 manat ödəniş olunması üçün məhkəmə tərəfindən ona vaxt verilməsinə baxmayaraq, cəmi 400 manat ödəniş etmişdir. O, icra məmurunun çağırışlarından yayındığına görə barəsində axtarış qərarları qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədini heç bir üzürlü səbəb olmadan icra etməməsini, icra məmurunun çağırışlarından yayınmasını nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə iclası xx.xx.2022-ci il tarixə saat 12:50-ə təyin edilımişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 07 sentyabr 2022-ci il tarixdən, saat 12:50-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1271/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1271/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver