Məhkəmə qərarları › İş №3(003)-1272/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1272/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1272/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə 15 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, heç bir yerdə işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 24-cü dalan, yeni tikilidə yaşayan Şəxs barəsində Xəzər RPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 24 avqust 2022-ci il tarixli protokola əsasən Şəxs 14 avqust 2022-ci il tarixdə yaşadıqları Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 24-cü dalan, yeni tikilidəki evdə ailə üzvləri ilə mübahisə edib onları söyüb-təhqir edərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2012-ci ildə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 3-4 ay olar ki, azadlığa buraxılmışdır. O, uzun müddətdir ki, xəstə olduğundan və bədənində ağrılar olduğuna görə hər gün müxtəlif narkotik vasitələrdən istifadə edir. Arvadı onu evdən qovmaq istədiyinə görə dəfələrlə ailəsində münaqişələr baş verir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yaşadıqları evdə münaqişə baş vermiş, o, əsəbi olduğuna görə səs-küy salaraq ailə üzvlərini söymüş, arvadını öldürəcəyi ilə hədələmişdir. Əməlindən peşman olduğunu, barəsində hər hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 14 avqust 2022-ci il tarixdə yaşadıqları Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 24-cü dalan, yeni tikilidəki evdə səs-küy salaraq ailə üzvlərini söyüb-təhqir edərək, arvadını öldürəcəyi ilə hədələyərək xırda xuliqanlıq etmişdir. İş materiallarında olan X1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, əri Şəxs Malik oğlu narkotik aludəçisidir və buna görə yaşadıqları evdə münaqişə yaradır, evdəki əşyaları satır. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, əri Şəxs Malik oğlu narkotik vasitə qəbul edərək evdə dava-dalaş salmış, onu söyərək təhqir etmiş, hədələmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 3327 nömrəli müayinə aktından görünür ki, Şəxs sidiyində OPİY qrupuna aid olan narkotik maddələr aşkar olunmuşdur. Məhkəmə Şəxs Malik oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs Malik oğlunun şəxsiyyətini, əvvəllər dəfələrlə məhkum olunduğunu, narkotik aludəçisi olduğunu, törətdiyi əməlin ağırllığını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Malik oğlu xx.xx.2022-ci il tarixdə saat 18:15-də tutulmuşdur. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Malik oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 23 avqust 2022-ci il tarixdən saat 18:15-dən hesab edilsin. Qərarın icrası Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar