Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1273/2022 16.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikasının X1nin nümayəndəsi X5, "xxxx" MMC-nin nümayəndəsi X6 iştirakları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMCnin qanuni təmsilçisi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının X1 Bakı Regional bölməsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 18 iyul 2022-ci il tarixli protokola əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi X7 "xxxx" MMC restoranına yoxlayıcı orqanın səlahiyyətli şəxslərinin yoxlama yerinə buraxmamışdır. Bununla da, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının X1nin nümayəndəsi X9 göstərdi ki, X1 Bakı Regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən 24 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də 13 iyul 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixədək planlı yoxlama aparılması barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən çıxarış göndərildiyindən onların yoxlama keçiriləcəyindən məlumatları olmuşdur. Həmin qərara əsasən qeyd olunan ünvana 15 iyul 2022-ci il tarixdə o, aparıcı məsləhətçi X3 ilə birlikdə getmişdir. Orada olan Rafiq adlı gözətçi direktorun orada olmadığını və onunla əlaqə saxlamalı olduğunu bildirmişdir. Təxminən 3-4 saat sonra Rafiq adlı şəxs gələrək rəhbərlikdən hələ xəbər olmadığını demişdir. Ona görə də, həmin günü yoxlama keçirilməmiş və bu barədə akt tərtib olunmuşdur. Həmçinin 18 iyul 2022-ci il tarixdə təkrar yoxlama keçiriləcəyi barədə gözətçi vasitəsi ilə sahibkara məlumat verilmişdir. 18 iyul 2022-ci il tarixdə o, yoxlama aparılması məqsədilə yenidən aparıcı məsləhətçi X3 ilə birlikdə "xxxx" MMC-nə getmişdir. Rafiq adlı şəxs bu barədə rəhbərliyin məlumatı olduğunu, lakin cavab olmadığını demiş və yoxlama aparılması təkrarən mümkün olmamışdır. Buna görə də, "xxxx" MMC-nin qanuni təmsilçisi X2 barəsində 18 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC-nin qanuni təmsilçisi X2 barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMCnin qanuni təmsilçisi X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin özü və ya nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X10 bildirdi ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC "xxxx" MMC-nin və "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. "xxxx" MMC-nin direktoru Azər Mirtaqavi 05 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" aquaparkını 3 il müddətinə "xxxx" MMC-nə icarəyə vermişdir. "xxxx" MMC orada heç bir fəaliyyət göstərmir. Bu səbəbdən "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X2 əməlində Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsində nəzərdə əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçılarin hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə olunmuş X1 Bakı Regional bölməsinin rəisi Zaur Kərimov tərəfindən qəbul edilmiş 24 iyun 2022-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də 13 iyul 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixədək planlı yoxlama aparılmalıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən 23 iyun 2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də 13 iyul 2022ci il tarixdən 19 iyul 2022-ci il tarixədək planlı yoxlama aparılmalıdır. İş materiallarında olan 05 yanvar 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" MMC-nin direktoru Azər Mirtaqavi "xxxx" aquaparkını 3 il müddətinə "xxxx" MMC-nə icarəyə vermişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC "xxxx" MMC-nin və "xxxx" MMCnin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikasının X1nin vəzifəli şəxsləri tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də 13 iyul 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixədək planlı yoxlama aparılmalı olmasına baxmayaraq onlar yoxlama yerinə buraxılmamışlar. Lakin həmin xəta "xxxx" MMC-nin qanuni təmsilçisi X7 tərəfindən yox, "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən törədilmişdir. Belə ki, "xxxx" MMCnin direktoru Azər Mirtaqavi "xxxx" aquaparkını 3 il müddətinə "xxxx" MMC-nə icarəyə vermişdir. Məhkəmə hesab edir edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" MMCnin qanuni təmsilçisi X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1273/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1273/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver