Məhkəmə qərarları › İş №3(003)-1274/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1274/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1274/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, şikayətçi X5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakları ilə X5 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X12 şikayət ərizəsi ilə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin onun barəsində tərtib etdiyi MN seriyalı ******* nömrəli, 26 iyul 2022-ci il tarixli protokol əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X12 şikayəti müdafiə edərək bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 359 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsinin hazırda 1/2 pay hissəsi onun mülkiyyətindədir və 05 may 2021-ci il tarixdə DƏDRX-dən çıxarış almışdır. 26 iyul 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ona məxsus torpaq sahəsinə baxış keçirmiş və əsassız olaraq barəsində ******* nömrəli, 26 iyul 2022-ci il tarixli protokol tərtib etmişdir. Daha sonra protokol əsasında Bakı ərazi şöbəsinin müdiri X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qərara alınmış və barəsində inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli, 09 avqust 2022-ci il tarixli qərar qəbul olunmuşdur. Həmin qərar ilə əsassız olaraq 300 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, inzibati xətanın əsası kimi torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etdiyi qeyd olunmuşdur. Mülkiyyətində olan torpaq sahəsində qanuni əsaslarla məişət obyekti olan restoran fəaliyyət göstərir, yəni torpaqdan istifadə qanunvericiliyin torpağın təyinatı tələblərinə tam cavab verir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşı yaşayış məntəqələrinin torpaqlarından istifadəyə dair qanunvericiliyin tələblərindən xəbərsiz olduğundan yaşayış məntəqəsi torpağı anlayışını yalnız ev sahəsi üçün nəzərdə tutulduğunu zənn etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X13 bildirdi ki, DƏDRX-dən verilmiş 05 may 2021-ci il tarixli çıxarışa əsasən X8 yaşayış məntəqəsi torpağına aid Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 359 saylı bağ sahəsi ayrılmışdır. 26 iyul 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən həmin bağ sahəsinə baxış zamanı orada qeyri-yaşayış obyektinin tikintisi faktı aşkar edilmişdir. X12 bağ sahəsinə dair çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü təqdim etmişdir. Bununla bağlı 26 iyul 2022-ci il tarixdə akt tərtib olunmuşdur. Həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin böyük məsləhətçisi X9 tərəfindən X5 barəsində MN seriyalı ******* nömrəli, 26 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması ona barədə bildiriş göndərilmiş və zəng olunaraq iştirak etməsi və sənədləri təqdim etməsi xahiş olunmuşdur. X3 işə baxılmasında iştirak edə bilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Qərarın qanuni və əsaslı olduğunu bildirərək məhkəmədən şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş DƏDRX tərəfindən verilmiş 05 may 2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid 0,12 ha torpaqdan ibarət 359 saylı bağ sahəsi 1/2 hissədə X5, 1/2 hissədə X10 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin böyük məsləhətçisi-müfəttiş X9 və məsləhətçi X11 tərəfindən tərtib olunmuş 26 iyul 2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən (X429821, Y4483593 nömrəli koordinatlarda) 0,12 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi faktı aşkar edilmişdir. X4 hüquqmüəyyənedici sənədlər tələb edildikdə DƏDRX-nin 05 may 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı və torpaq sahəsinin plan və ölçüsü sənədlərini təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin böyük məsləhətçisi X9 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsində qeyri-yaşayış obyekti inşa edərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin 26 iyul 2022-ci il tarixli qərardadından görünür ki, X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxılması 09 avqust 2022-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin 26 iyul 2022-ci il tarixli bildirişindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 09 avqust 2022-ci il tarixə, saat 10:00-a təyin edilmiş işə baxılmasında X5 iştirak etməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha torpaqdan ibarət 359 saylı bağ sahəsi 1/2 hissədə X5, 1/2 hissədə X10 xüsusi mülkiyyətindədir. X12 onun xüsusi mülkiyyətində olan və yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aidbağ sahəsində qeyri-yaşayış obyekti inşa edərək torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmişdir. X12 özü də, həmin torpaq sahəsində məişət obyekti olan restoran fəaliyyət göstərdiyini bildirmişdir. Buna görə də, onun barəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin böyük məsləhətçisi X9 tərəfindən MN seriyalı ******* nömrəli, 26 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə zamanı təqdim olunmamışdır. Həmçinin məhkəmə hesab edir ki, X1 tənbeh vermə haqqında qərarı 18 avqust 2022-ci il tarixdə poçt vasitəsi ilə əldə edərək 25 avqust 2022-ci il tarixdə məhkəməyə şikayət verdiyindən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin müdiri X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 09 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar