Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1275/2022 14.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, şikayətçi X7 iştirakı ilə X7 X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin rəisi Sirac Hümbətovun MN seriyalı ******* nömrəli, 12 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin rəisi Sirac Hümbətovun 12 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X10 şikayəti müdafiə edərək göstərdi ki, X5 xidmətinin Dağlıq Şirvan regional şöbəsinin rəisi Sirac Hümbətovun 12 avqust 2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin direktoru olaraq o, əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İXM-nin 192.1-ci maddəsinə əsasən 4000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, aşağıdakilara əsasən həmin qərar əsassız və qanunsuzdur. Belə ki, "xxxx" MMC "xxxx" MMC ilə arasında bağlanmış 12 iyul 2021-ci il tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən sifarişçi "xxxx" MMC-nin mağazasının tikinti və təmir işlərini yerinə yetirməli idi. Həmçinin "xxxx" MMC ilə fiziki şəxs Şahid arasında bağlanmış 04 avqust 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən Şahid tərəfindən X3 və X9 "xxxx" MMC-nin mağazasında tikinti və təmir işlərini aparmağa cəlb edilmişdir. "xxxx" MMC tərəfindən hər hansı təmir-tikinti işləri aparılmamış, əmək qanunvericiliyinin tələbləri pozulmamış, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Həmin qərar ona rəsmi olaraq verilməmiş, yalnız 15 avqust 2022-ci il tarixdə mobil telefonuna «Watsap» proqramı vasitəsi ilə qərar daxil olmuş və həmin qərardan şikayət vermişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 12 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X10 tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş sifarişçi "xxxx" MMC-nin direktoru X10 ilə subpodratçı Şahid arasında bağlanmış 04 avqust 2021-ci il tarixli, Z-01/40 nömrəli xidmət müqaviləsindən görünür ki, Sifarişçi İcraçıya sifariş verir və bu işlərin icrası nəticəsində razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürürür, İcraçı isə Sifarişçinin sifarişi əsasında və müəyyən etdiyi qaydada yuxarıda göstərilən işlərin görülməsini öhdəsinə götürür. İş materiallarında olan Şahid Bakı şəhəri Xəzər rayon Məhkəməsinə elektron qaydada ünvanladığı məktubunda qeyd olunmuşdur ki, X10 ondan xahiş etmişdir ki, kapital bankdan onun adına pul köçürsün və pulu çıxartısın, o, da razı olmuşdur və pulu çıxaranda yanında olmuşdur. Pulu da, çıxararaq ona vermişdir. O, Zaloğlu şirkətində nə işçi işlətməmiş, nə də, iş götürüb kiməsə verməmişdir. Məhkəməyə təqdim etdiyi müqavilə də, (məzmunundan xəbərdar deyil) bankdan pul götürəndə lazım olacaq deyə hazırlanmışdır. Zaloğlu şirkətindən köçürülmüş pulların kimlərin adına çıxarılması araşdırılsa, onun dediklərinin düzgünlüyü öz əksini tapacaqdır (Nurxan, Beyalı adlı şəxslər və s). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olundu ki, "xxxx" MMC-nin direktoru X10 tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 12 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. X10 "xxxx" MMC ilə fiziki şəxs Şahid arasında bağlanmış 04 avqust 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən Şahid tərəfindən X1 və X4 "xxxx" MMC-nin mağazasında tikinti və təmir işlərini aparmağa cəlb edildiyinə bildirsə də, Şahid ərizəsindən göründüyü kimi o, Zaloğlu şirkətində nə işçi işlətməmiş, nə də, iş götürüb kiməsə verməmişdir. X10 ondan xahiş etmişdir ki, kapital bankdan onun adına pul köçürsün və pulu çıxartısın, o, da razı olmuşdur və pulu çıxaranda yanında olmuşdur. Pulu da, çıxararaq ona vermişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə zamanı təqdim olunmamışdır. Bundan başqa X10 MN seriyalı ******* nömrəli, 12 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı 15 avqust 2022-ci il tarixdə almış və 25 avqust 2022-ci il il tarixdə şikayət məhkəməyə daxil olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X7 X5 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin rəisi Sirac Hümbətovun MN seriyalı ******* nömrəli, 12 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan rədd edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1275/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1275/2022
14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver