Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1289/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1976-cı ildə Lənkəran rayonu, Təngivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə evli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Lənkəran rayonu, Tərgivan kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 avqust 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Xəzər rayopnu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində küçədə sərxoş halda nəlayıq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir.Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, fəhləçiliklə məşğul olur. xx.xx.2022-ci il tarixdə 2 bakal pivə içmişdir. Sərxoş olduğundan Binə Südçülük sovxozu ərazisində yeznəsi Mehbulla ilə mübahisə etmiş, səs-küy salmış, nəlayiq ifadələr işlətmişdir.İçkili olduğu üçün özündə olmamışdır.Əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində küçədə sərxoş halda səs-küy salaraq nəlayıq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Xəzər RPİ-nin 3cü PŞ-nin əməkdaşları Fərid Hüseynov və Vasif Məmmədov tərəfindən xx.xx.1976-cı il təvəllüdlü Şəxs sərxoş vəziyyətdə nəlayiq ifadələr işlətdiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1/1869 nömrəli sərxoşluq barədə tibbi müayinə protokolundan görünür ki, Şəxs qanında orta dərərcəli sərxoşluq müəyyən edilmişdir. Məhkəmə Şəxs əməli etiraf etməsini, səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs əməli sərxoş halda törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırllığını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə müvafiq deyil və onun barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:55-də tutulmuşdur. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 25 avqust 2022-ci il tarixdən saat 22:55-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakışəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1289/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1289/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver