Məhkəmə qərarları › İş №3(003)-1290/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1290/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1290/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 30 avqust 1958-ci il tarixdə Lənkəran rayonunun Günəhir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonunun Ürgə kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şağan qəsəbəsi fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3cü Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis kapitan X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında 26 avqust 2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs 25 avqust 2022-ci il tarixdə X3 məxsus 500 manat nağd pul oğurlamışdır. Məhkəmə iclasında Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs X7 göstərdi ki, 25 avqust 2022-ci il tarixdə işlədiyi yerdən 745 manat əmək haqqısını aldıqdan sonra evinə getmişdir. O evdə 50 manat qoyub kafeyə getmişdir. Kafedə digər masada oturan Şəxs masasına dəvət edərək onunla pivə içməsini təklif etmişdir. Xurşud isə ona çay içəcəyini bildirmişdir. Həmin kafedə müğənniyə borclu olduğu üçün 50 manat ona vermiş, həmçinin, içdiyi pivə və çayın hesabını kassaya ödəyərək masasına qayıtdıqdan sonra iş danışmaq üçün çölə çıxıb qayıdan zaman portmanatında olan 500 manatın oğurlandığnı görmüşdür. Pulunun qaytarılmasında ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 25 avqust 2022-ci il tarixdə “500” adlı kafeyə gəlmişdir. Kafeyə gəldiyi zaman ayrı masada tək oturmuşdur. Masada oturduğu zaman 2 bakal pivə içmişdir. Kafedən çıxıb getmək istəyəndə adını sonradan bildiyi Araz adlı şəxs onu qolundan tutulb saxlayaraq öz oturduğu masaya pivə icməyə dəvət etmişdir. Onunla bir masaya oturub pivə icməyəcəyini, ancaq cay icəcəyini bildirmişdir. Həmin zaman Araz adlı şəxs kafedəki müğənni qızı yanına çağırıb ona 50 manat pul verib onun üçün 25 ədəd mahnı oxuyacağını demişdir. O, Arazın oturduğu masada oturub çay içdikdən sonra getmək istədiyi vaxt Araz masanın hesabını verdiyi zaman bul qabından 500 manat pulunun oğurlanmasınə deyərək heç kimin kafedən bayıra çıxmayacağını bildirmiş, bundan əlavə, hamını yoxlayacağını demişdir. Araz kafedə olduğu zaman kafeni işlədən Heydər adlı şəxs ona bildirmişdir ki, “sən hesabı ödədiyin zaman pul qabında 150 manat pulun var idi, 500 manat pulun olmamışdır. Bu kişiyə niyə şər atırsan”. Heydərin bu sözündən sonra Araz “102” xidmətinə zəng edib 500 manat pulunun oğurlanması barədə məlumat vermişdir. O, Arazın 500 manat pulunu oğurlamadığını bildirmişdir. Belə olan halda onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş protokol əsassızdır. Təqsirinin olmadığını, onun barəsində inzibati xəta haqqında protokolun qərəzli olaraq tərtib olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokol tərtib edən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında izahatlarını və iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta hadisəsi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırkı iş üzrə inzibati xətanın olub-olmamasının və inzibati xəta törədən şəxsin təqsirinin müəyyən edilməsi üçün maddi sübutlar - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar və inzibati xəta haqqında protokoldur. Azərbaycan Respublikası İXM-nin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməmiş, məhkəmə iclasında iştirak edən Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X8 və zərərçəkmiş şəxs X1 Xurşud Qasım oğlunun oğurlama yolu ilə özgəsinin əmlakını talamasını sübuta yetirə bilməmişlər, qeyd olunan hal məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Məhkəmə iclasında araşdırılan mövcud sübutlara məcmu halında qiymət verərək hesab edir ki, həmin sübutlar Şəxs özgə əmlakını talamasına görə təqsirli olması qənaətinə gəlməsi üçün kifayət etmir. Beləliklə, Şəxs zərərçəkmiş şəxs X2 pulunun oğurlanması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,105, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar