Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1291/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X2, Şəxs (bundan sonra MMC) qanuni təmsilçisi X4 iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC ilə X1 arasında bağlanan 241 nömrəli 24.11.2020-ci il tarixli müəqaviləyə əsasən ümumi geömrük dəyəri 3175,60 manat ümumi invoys dəyəri 1868,00 USD olan) “LNS markalı yalnız mexaniki göstəricisi olan saatlar” adlı malları 26.11.2020-ci il tarixli **********7129 nömrəli gömrük bəyannaməsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində ixrac gömrük proseduru altında yerləşdirmişdir. Qeyd olunan müqavilədə satış məqsədilə göndərilmiş kommersiya mallarının dəyərinin ödənişi tərəflər arasında müvafiq razılaşma əsasında 180 gün ərzində Şəxs MMC-nin bank hesabına köçürmə yolu ilə həyata keçirildiyi, gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində isə qarşılıqlı hesablaşmanın üsulu “003”, yəni malın dəyərinin ödənilmədiyi qeyd olunmuşdur. HNBGİ-nin Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/022450 nömrəli 02.09.2021-ci il tarixli raporta əsasən hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi ev 54 mənzil 4 olan Şəxs MMC tərəfindən (VÖEN:**********) tərəfindən 60 ədəd “LNS markalı yalnız mexaniki göstəricisi olan saatlar” adlı yük 26.11.2020-ci il tarixli **********7129 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmilədirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Şəxs MMC tərəfindən isə ixrac edilən malların ümumi gömrük dəyəri 3175,60 manat invoys dəyəri 18668 ABŞ dolları vəsait onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Tərəflərindən Şəxs MMC-nin ünvanına 13.09.2021-ci il tarixində 1900- 013/001-24/002809 saylı 27.09.2021-ci il tarixdə isə 1900-013/001-24/002955 saylı məktublar göndərilmiş, izahat verməsi üçün şirkətin etibarnamə ilə təmsil etdiyi nümayəndə dəvət olunmuşdur. Buna baxmayaraq, şirkət tərəfindən hər hansı bir nümayəndə göndərilməmişdir. Nəticədə "xxxx" MMC tərəfindən gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydalar pozulmuş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmadığı əks olunmuşdur. Bununla bağlı Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X7 tərəfindən 05 oktyabr 2021-ci il tarixdə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı X3 protokolun məzmununa uyğun izahat verdi və Şəxs MMC-nin tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X5 inzibati xəta haqqında protokolda yazılanlarla razı olduğunu bildirdi və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısının və Şəxs MMC-nin qanuni təmsilçisinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs MMC-nin barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyəri 3175,60 manat məbləğinin otuz faizi – 952,68 manat məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyuta dəyəri 3175,60 (üç min bir yüz yetmiş beş, altmış) manat məbləğinin 30 (otuz) faizi, yəni 952,68 (doqquz yüz əlli iki, altmış səkkiz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1291/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1291/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver