Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1291/2022 27.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1982-ci ildə Cəlilabad rayonu, Naftaluq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə evli, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Cəlilabad rayonu, Muğan ərazi dairəsi, Söyüdlü kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Şəxs haqqında Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 avqust 2022-ci il tarixli protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Kafe 500”-də sərxoş halda nəlayıq ifadələr işlədərək ictimai qaydanı pozmuş, söyüşlər söymüş, xırda xuliqanlıq etmişdir.Bununla da, o, Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilməyərək göstərdi ki, ustalıqla məşğul olur. xx.xx.2022-ci il tarixdə Binə qəsəbəsi ərazisində yerləşən “Kafe 500”-də dostu Şahmarla birgə pivə içmişdir. Həmin zaman digər masada əyləşmiş Xurşud adlı şəxsi yanına dəvət etmişdir.Onlar çay içdikdən sonra gedib hesabı vermis, kafedə olan digər şəxslə mübahisə düşdüyünə görə o, pul qabını və telefonunu masanın üzərinə qoyaraq kənarda mübahisəsini davam etmişdir.Həmin zaman Xurşud isə onların masasında əyləşmişdir.Geri qayıdan zaman müəyyən emişdir ki, onda olan 500 manat məbləğində pul oğurlanmışdır. Bu səbəbdən o, Xurşuda getməyə icazə verməmiş və dərhal DİN-nin “102” xidmətinə zəng etmişdir. Bir müddətdən sonra oraya polislər gəlmiş və onları şöbəyə aparmışlar.O, nə kafedə, nə də şöbədə səs-küy salmamış, söyüşlər söyməmişdir.Məhkəmədə dindirilən polis əməkdaşlarının qəsdən ona qarşı həqiqəti əks etdirməyən ifadələr verdiklərini bildirmişdir.Özünü təqsirli bilməyərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib edən şəxs X2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə gece saatlarında vətəndaş Şəxs DİN-nin “102” xidmətinə müraciət edərək, “Kafe 500”-də 500 manat pulunun oğurlanması barədə məlumat vermişdir.Hadisə yerinə o, polis əməkdaşları Vüsal Nəsirzadə və Vasif Məmmədov ilə birgə getmişdir.Kafenin özündə və çölündə kənar şəxslərin olmasına baxmayaraq Şəxs uca səslə onlara göstərişlər vermiş, səs-küy salmış, nəlayiq ifadələr işlətmişdir.Onlar Şəxsı bir neçə dəfə nizam-intizama dəvət etmişlər, lakin o, öz əməllərini davam etdirmişdir.Bundan sonra da, polis şöbəsində bu əməlləri davam etdirmiş, polis əməkdaşları ilə mübahisə etmişdir. Məhkəmə iclasında şahid X3 göstərdi ki, xx.xx.2022-ci il tarixdə vətəndaş Şəxs DİNnin “102” xidmətinə müraciət edərək “Kafe 500”-də 500 manat pulunun oğurlanması barədə məlumat vermişdir.Buna görə onlar hadisə yerinə getmişlər.Kafedə və çöldə sonradan adını bildiyi Şəxs kənar adamların yanında onlara göstərişlər vermiş, səs-küy salmış, nəlayiq ifadələr işlətmişdir.Onlar Şəxsı bir neçə dəfə nizam-intizama dəvət etmişlər, lakin o, öz əməllərini davam etdirmişdir.Bundan sonra onlar Şəxs və Xurşud Zabitovu şöbəyə aparmışlar.Şöbədə də ,Şəxs polis əməkdaşları ilə mübahisə etmiş, səs-küy salmış və söyüşlər söymüşdür. Məhkəmə iclasında şahid X4 şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə barəsində proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Kafe 500”-də, sonradan 3-cü PŞ-da sərxoş halda nəlayıq ifadələr işlədərək ictimai qaydanı pozmuş, söyüşlər söymüş, xırda xuliqanlıq etmişdir.Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etmişlər, lakin o, öz əməllərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Xəzər RPİ-nin 3cü PŞ-nin əməkdaşları Fərid Hüseynov, Vasif Məmmədov və Vüsal Nəsirzadə tərəfindən xx.xx.1982-ci il təvəllüdlü Şəxs xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Kafe 500”-də sərxoş halda nəlayıq ifadələr işlətdiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1/1871 nömrəli sərxoşluq barədə tibbi müayinə protokolundan görünür ki, Şəxs qanında YÜNGÜL dərərcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallarını müəyyən etmədi. Məhkəmə Şəxs əməli sərxoş halda törətməsini, səlahiyyətlərin şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi Azərbaycan Respublikası İXM-nin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edir. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin ağırlığını, məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə müvafiq deyil və onun barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:19-da tutulmuş. xx.xx.2022-ci il tarixdə saat 19:30da azad edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs 1 (bir) gün tutulması nəzərə alınmalı,ona təyin edilmiş həbs növündə tənbehdən çıxılmalıdır. Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:30-da məhkəməyə polis əməkdaşları ilə birgə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 1 (bir) gün həbsdə olması nəzərə alınsın, təyin olunmuş cəzadan çıxarılsın, qəti olaraq üzərində 9 ( doqquz) gün müddətində inzibati həbs saxlanılsın. İnzibati qaydada tutmanın əvvəli 27 avqust 2022-ci il tarixdən saat 12:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakışəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1291/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1291/2022
27.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver