Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1298/2022 19.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, protokol tərtib edən şəxs Xəzər rayon Polis İdarəsi Dövlət X6 inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X2, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) nümayəndəsi X1 iştirakları ilə, "xxxx" QSC barəsində Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdim: "xxxx" QSC mülkiyyətində və ya istifadəsində olan “Hyundai Sonata” minik markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana bu barədə sorğusu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verilməmişdir. Bu barədə Xəzər RPİ DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında 22 avqust 2022-ci il tarixdə İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında "xxxx" QSC-nin nümayəndəsi X3 etiraz ərizəsi təqdim edərək göstərdi ki, Bakı şəhər Xəzər rayon Dövlət X6 AR İXM-nin 328.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətmiş **-AG-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş şəxsə dair məlumat vermədiyinə görə AR İXM-in Maddə 347-ci maddəsinə (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) uyğun olaraq “Azərbaycan Hava Yolları QSC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsasında qərar çıxarılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsində icraat başlanmışdır (İş № 3(003)-1258/2022). Bakı şəhər Xəzər rayon Dövlət X6 inzibati xəta haqqında protokolunu əsassız sayırlar, belə ki, AR İXM-in Maddə 347-ci maddəsinin dispozisiyası hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyəti özündə ehtiva edir. Bakı şəhər Xəzər rayon Dövlət X6 əsəs götürdüyü “cavablandırılmayan” bildirişi 16 avqust 2022-ci ildə "xxxx" QSC-yə xidmət göstərən AZ1056 nömrəli poçt şöbəsinə daxil olmuşdur (bildirişin zərfi əlavə olunur). Müəssisə həmin bildirişə 16 avqust 2022-ci ildə 11/3548 nömrəli məktubla, müəyyən edilmiş 5 günlük müddəti buraxmadan, ətraflı cavabı göndərmişdir (poçt qəbzi və bildirişə cavab əlavə olunur). Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib edən şəxsin və "xxxx" QSC-nin nümayəndəsinin və izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, "xxxx" QSC-nin ünvanına göndərilmiş bildiriş cəmiyyətin əməkdaşı imzalanaraq təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin qəbzinin surətindən görünür ki, **- AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətmiş fiziki şəxsə dair məlumat haqqında məlumat 17 avqust 2022-ci il tarixdə Xəzər RPİ DYPŞnə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edirəm ki, inzibati xəta haqqında protokol tərtib edilməsi "xxxx" QSCnə bildirişin ünvanlanması və ya həmin bildirişin çatması ilə bağlı xəbərdarlıqdan sonra cəmiyyət tərəfindən məlumatın verilməməsindən qəsdən boyun qaçırması halında mümkündür. Lakin, iş materiallarında cəmiyyətə ünvanlanmış bildiriş 16 avqust 2022-ci il tarixdə alınmış və 17 avqust 2022-ci il tarixdə **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən - inzibati xəta törətmiş fiziki şəxsə dair məlumat Xəzər RPİ DYPŞ-nə göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 53,105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: "xxxx" QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1298/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1298/2022
19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver