Məhkəmə qərarları › İş №3(003)-13/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-13/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-13/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 müraciətini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında MDX-nin Bakı Ərazi İdarəsinin 12 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 məhkəmə iclasında çıxış edərək tərəfindən verilmiş şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab etmişdir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilikdə barəsində qərar çıxarılmış fiziki şəxsin şəxsən özü və ya nümayəndəsi və müdafiəçisinin şikayət verməsi nəzərdə tutmuşdur. Lakin hal-hazırda X3 şikayət etdiyi 12 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar onun barəsində deyil, X4 barəsində tərtib olunmuşdur. Bundan başqa şikayət verən şəxsin barəsində protokolu tərtib edilmiş şəxsin nümayəndəsi olmasını təsdiq edən rəsmi sənəddə iş materiallarına əlavə edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, şikayətin məhkəmədə baxılması məsələsi qeyri-mümkündür. Bundan başqa İXM-nin 130-cu maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti şikayətçi tərəfindən buraxılmış, həmçinin sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, şikayət səlahiyyətli şəxs tərəfindən verilmədiyi üçün ərizə baxılmadan geri qaytarılsın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı Ərazi İdarəsinin 12 sentyabr 2024-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar