Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-131/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3, Zərər çəkmiş şəxs Şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs1 iştirakı ilə, xx.xx.1987-ci ildə Şamaxı rayonunun, Çaylı kəndində doğulmuş, subay, 2 azyaşlı uşağı olan, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Vüsal Rəşidov tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X5 izahatında bildirdi ki, zərər çəkmiş şəxs Şəxs2 müraciəti əsasında araşdırma aparılmış, müraciəti əsasında cinayət işinin başlanmasın rədd edilməsi barədə qərar qəbul edilmişdir. Tərəfindən isə döymə faktı ilə bağlı müvafiq protokol tərtib edilmişdir. İzahatında həmçinin bildirdi ki, hadisənin şahidi olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Şəxs2 döyməmişdir. Döyməsi ilə bağlı müraciəti isə yalandan və şərdən ibarətdir. Aşkar edilmiş xəsarətlərinin nəyə görə yaranması bilmir, hesab edir ki, Şəxs2 özü özünə həmin xəsarətləri yetirə bilərdi. xx.xx.2023-cü il tarixdə zərərçəkmiş şəxsin yaşadığı evə getməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Şəxs2 izahatında bildirdi ki, Şəxs1 alimenti ödəmdiyindən barəsində axtarış elan olmuş və buna görə Şəxs1 telefonla onunla əlaqə saxlayaraq barəsində hansı səbəbə görə şikayət etdiklərini soruşmuş və uşaqlarının ona göstərmədiklərini bildirmişdir. Bundan sonra o, gəlib uşaqlarını görməsini demişdir. Şəxs1 onlara gəlmiş və yaşadıqları evin arxa qapısında uşaqları ilə görüşmüşdür. Birinci mülayim danışmış, sonra onu təhir etməyə başlamışdır. Onun içkili olduğunu görüb getməsini söyləmiş, bundan sonra onu qolundan, ayağından və başından vurub getmişdir. Birinci şikayət etmək istəməmiş, qardaşına bu barədə bildirmiş, qardaşı isə gücü çatmadığı söylədiyindən polisə şikayət etmişdir. Hadisə xx.xx.2013-cü il tarixdə olmuş, valideynləri evdə yatmış olmuş və hadisəni görən olmamış, vurmasını yalnız bir uşağı görmüşdür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, seriya MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs1 keçmiş həyat yoldaşı X4 öz evində döyməsinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. -cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış materialda onu döymüş X2 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, əməlində Azərbaycan İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından barəsində göstərilən maddənin tələbinə əsasən inziabti qaydada tədbir görülməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli, AZA seriyalı 011845 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 17:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin 1434 nömrəli ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – təpə nahiyyəsinin hematoması, sol bazunun qançırı küy əşya təsirindən törənmiş, törənmə müddətləri məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 8.2 və 8.3-cü maddəsin əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, inzibati xəta haqqında protokolda Şəxs1 keçmiş həyat yoldaşı X4 öz evində döyməsi göstərilsədə inzibati xəta haqqında material yalnız X1 ifadəsi ilə əsaslandırılmış, hadisənin baş verməsi barədə başqa sübutlar isə mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 ilə zərər çəkmiş şəxs Şəxs2 arasında gərgin münasibətlərin olmasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs1 təqsirliyi sübut olunması üçün Şəxs2 ifadəsi yetərli hesab edilə bilməz, baxmayaraq iş üzrə keçirilmiş ekspert rəyində onun bədəni üzərində xəsarət izləri aşkar edilmişdir. Belə ki, Şəxs2 ifadəsini təsdiq edən digər sübutlar iş üzrə mövcud deyil. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarxidə Şəxs2 yaşadığı evdə Şəxs1 tərəfindən döyülməsi faktı iş üzrə sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsin əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs1 məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-131/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-131/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver