Məhkəmə qərarları › İş №3(003)-1311/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-1311/2021

21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-1311/2021 21.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə X2 barəsində MN ******* nömrəli, 15 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Bakı şəhərində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X2 barəsində MN ******* nömrəli, 15 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi və bununla bağlı ərizə təqdim etdi. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X4 şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdiyindən, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 barəsində MN ******* nömrəli, 15 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar