Məhkəmə qərarları › İş №3(003)-1312/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1312/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1312/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, 2 uşağı olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 01 iyunl 2023-cü il tarixli protokola əsasən Şəxs 01 iyun 2023-cü il tarixdə Bakı şəhəri Zirə qəsəbəsi ərazisində xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 01 iyun 2023-cü il tarixli protokola əsasən Şəxs 01 iyun 2023-cü il tarixdə Şəxs Zirə qəsəbəsində yaşadığı ünvanın qarşısında spirtli içkinin təsiri altında polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri etmiş, onları nalayiq söyüşlərlə söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Zirə qəsəbəsində yaşadığı evdə spirtli içki qəbul etmiş, arvadı X2 ilə aralarında mübahisə baş vermiş və dalaşmışlar. Lakin arvadını döyməmişdir. Sərxoş olduğuna görə ünvana gələn polis əməkdaşlarını da nalayiq söyüşlərlə söymüşdür. Əməlindən peşman olduğunu bildirərək yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 göstərdi ki, Şəxs ilə 2012-ci ildə ailə qurmuşlar, birgə nikahlarından 2 uşaqları vardır. xx.xx.2023-cü il tarixdə əri Şəxs Zirə qəsəbəsində yaşadıqları ünvanda spirtli içki qəbul edərək sərxoş vəziyyətdə dava-dalaş salmış, onu nalayiq sözlərlə təhqir etmişdir. Bu səbəbdən də o, DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Şəxs evə gələn polis əməkdaşlarına qarşı da nalayiq söyüşlər söyərək öz əməlini davam etdirmişdir. Əvvəllər də bu hal bir neçə dəfə təkrar olunmuş, əri Şəxs dəfələrlə onu və uşaqlarını söyərək evə buraxmamışdır. Törətdiyi əmələ görə Şəxs həbs olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 01 iyun 2023-cü il tarixdə yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsindəki evində arvadı X2 ilə dava-dalaş salaraq onu nalayiq söyüşlərlə söymüşdür. Zərərçəkmiş şəxsin şikayəti əsasında ünvana gedən polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, öz əməllərini davam etdirmiş, polis əməkdaşlarını da nalayiq sözlərlə söymüşdür. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Arif Abbasov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023cü il tarixdə X2 zəng edərək əri Şəxs spirtli içki qəbul edərək onu və uşaqlarını yaşadıqları evə buraxmadığını, onları nalayiq küçə söyüşləri ilə söydüyünü bildirmişdir. Ünvana getdikdə həmin şəxs polisə qarşı da aqressiv hərəkətlər edərək onları nalayiq söyüşlərlə söymüş, əl-qol hərəkətləri etmiş, qaçmağa cəhd göstərmişdir. Bundan sonra həmin şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmışlar. İş materiallarında olan 1/1931 saylı xx.xx.2023-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparlan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə Şəxs əməlləri etiraf etməsini yüngülləşdirici hal kimi qiymətləndirir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda törətməsini, səlahiyyətli şəxslərin hüquqa zidd hərəkətini dayandırmasını tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərin davam etdirilməsini Azərbaycan Respublikası İXM-nin 33.1.1 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tənbeh olunmalıdır. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədə uyğun deyil və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:50-də tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 33.1.1, 34.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 01 iyun 2023-cü il saat 15:50-dən hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar