Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1313/2023 03.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 may 2023-ci il tarixdə Bakı şəhər Xəzər RPİ-nin 1-ci PŞnin s/i, polis kapitanı Arif Abbasov tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi bağlar massivində yerləşən, vətəndaş X1 məxsus bağ evinin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla 150 (bir yüz əlli) manat maddi ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 26 may 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o. Şamaxıda yaşayır, Bakıya gəlib getsə də , üzmumiyyərlə Zirə qəsəbəsində olmamışdır, qeyd olunan evi ilk dəfədir ki, görür və qeyd edilən əməli törətməmişdir. Eyni zamanda əvvəllər məhkumluğu olmamış və 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmaqla qazidir, “X2” İctimai Birliyinin üzvüdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1- 1059 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində AR İXM-in 232-1-ci maddəsi ilə protokol tərtib edilməsi, nəzərdə tutulmuş inzibati xətanı törədib-törətmədiyinin müəyyən edilməsi məqsədilə qərarın surəti İTB-yə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Zirə qəs. bağlar massivində, Murad Abbasova məxsus bağ evində oğurluğa cəhd faktı üzrə hadisə yerinin, müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin bankında olan şəxslərin əl izləri ilə müqayisə edimişdir. Müqayisəli tədqiqat nəticəsində əl işlərindən 01 ədədi Şəxs sag əlinin böyük (yataq otağındakı çarpayının üstündəki şüşə üzərindən götürülüb) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə, Xəzər rayonu Zirə qəs. bağlar massivində, Murad Abbasova məxsus bağ evində oğurluğa cəhd faktı üzrə hadisə yerinin, müayinəsi zamanı götürülmüş 02 (iki) ədəd “Magna” markalı siqaret kötükləri, Xəzər RPİ-nin . xx.xx.2023-cü il tarixli, 3-13-45/2- 8546/2023 No-li məktubu ilə xx.xx.2023-cü il tarixdə, KTİ-nə təqdim edilmişdir. Müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edildi ki, 01 (bir) ədəd “Magna” markalı siqaret kötüyü üzərində olan biololi mənşəli materiallar, qadın cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunədən əldə olunmuş DNT profili, DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Həmçinin müəyyən edildi ki, digər 01 (bir) ədəd “Magna” markalı siqaret kötüyü . üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı Ы̇д/ој) mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmçinin İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə izahatında 2-ci Qarabağ Müharibəsi iştirakçısı olduğunu, bununla bağlı yaddaşında ciddi problemlərin olduğunu və xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinədək Xəzər rayonu Maştağa qəsəbəsində yerləşən X3 müalicə aldığını qeyd etmişdir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs əməlində X1 məxsus bağ evinin pəncərəsinin dəmir barmaqlığını sındırmağı faktı iş materialları ilə sübut olunmur. Belə ki, sındırılan dəmir barmaqlıqdan götürülən əl izlərinin Şəxs barmaq izlərinin eyniıliyi sübuta yetirilməyibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, 09 aprel 2023-cü il tarixdə Şəxs X1 məxsus bağ evinin pəncərəsinin dəmir barmaqlığını sındırması faktı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhər Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1313/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1313/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver